Cəmiyyət

Kələmin orqanizmə faydaları

25 İyul 2017 20:40
1 Şərh     Baxış: 3 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kələm tərkibində olan C vitamini, K vitamini və kalium sayəsində həm sağlam, həm də bir çox xəstəliyə şəfa olan bitkilər sırasındadır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, xərçəng riskini aşağı salması ilə məlum olan kələm yarpaqlarını ağrıyan yerə bürüdükdə terapevtik təsiri vardır.
Tiroid vəzinin işləməsində problem yaşayanlar boğaz bölgəsinə kələm yarpaqlarını bürüyün.
Gecə bu şəkildə yatdıqdan sonra da səhər yarpaqlarını çıxardın.
Baş ağrılarından xilas olmaq üçün də kələm yarpaqları əla vasitədir. Kələm yarpaqlarını əvvəl başınıza sarıyın və bir papaqla saxlayın. Ağrının azaldığını hiss etdikdə yarpaqları çıxarın.
Mütəmadi olaraq kələm yemək zehni xəstəliklərin ortaya çıxmasına mane olur. Xüsusilə yaşlılıq dövründə tez-tez rast gəlinən Alzheimer xəstəliyinin qarşısını alır, beyin sağlamlığını qoruyur.
Kələmin dərini təmizləyici xüsusiyyəti də vardır. Kələmi qaynadaraq suyu ilə üzü yumaq qısa müddətdə dərini yağlardan və ölü hüceyrələrdən təmizləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.