Cəmiyyət

Ayətullah Seyyid İsmayil Sədrdən həyat yoldaşına izahat

25 İyul 2017 22:45
7 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacirlərdən biri xanımı ilə birlikdə Ayətullah Seyyid İsmayil Sədri ziyarət etmək üçün xidmətinə gedir. Həmişə olduğu kimi tacir alimi ziyarət edərdi və xanımı da başqaları kimi daxili qapını döyür. Mərhum alimin xanımı qapını açır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tacirin xanımı sadə paltar geyinmiş bu qadını görəndə onu xidmətçi hesab edir və ondan soruşur ki, alimin xanımı haradadır. Xanım bu sualı başa düşəndə xəcalət çəkir ki, desin mənəm. Deyir ki, xanım evdə yoxdur.
Mərhum Ayətullah Sədr zöhr olan zaman daxili otağa keçir və görür ki, xanımı narahatdır. O zaman ki, hadisədən xəbərdar olur, buyurur: "Sən düz deyirsən, xanım deyilsən.
Xanım - o banudur ki, çadrasında iki yamaq var idi. Özü də xurma lifi ilə.
Xanım - o qadın idi ki, gəlinlik libasını yoxsula vermişdi və köhnə paltarı ilə əri evinə qədəm basmışdı.
Xanım - o kəs idi ki, ərinin evində bir əlində uşaq və bir əlində dəyirman onu yuxu aparmışdı.
Bəli, xanım - yəni, Fatimə (s.ə).
Bəli, xanım odur ki, əziz atası ev işlərini onunla İmam Əli (ə) arasında bölmüşdü.
Evin daxili işləri ona və xarici işləri ərinə baxdığı üçün çox sevinmiş və buyurmuşdu: "Allahdan savayı heç kəs bilmir ki, mən bu mövzudan nə qədər sevindim ki, evdən xaric işlər mənim öhdəmə düşmədi"". (Həvzəh)
Allah Təala cəmi xanımları o Həzrətə (s.ə) layiq qərar versin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.