Cəmiyyət

Quranda adı çəkilən Bələm Baura kim olub?

25 İyul 2017 22:15
10 Şərh     Baxış: 4 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onun haqqında "Əraf" surəsinin 175-176-cı ayələrində danışılır (adı çəkilmədən). Bələm Həzrət Musa Peyğəmbərin (ə) müasiri idi, uzun illər ibadət edib imanın yüksək dərəcəsinə çatmışdı. Allah-Təala ona ismi-əzəmi öyrətmişdi, buna görə duaları həmişə müstəcab olurdu. Bələm zöhd və ibadət əhli idi, kəramətlər göstərirdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, Bələmin qövmü Həzrət Musa Peyğəmbərə (ə) tabe olmaq istəmirdi. Onlar Bələmi dilə tutmağa başladılar ki, Musa Peyğəmbərə (ə) bəd-dua etsin. Bələm əvvəlcə peyğəmbərə qarşı çıxmağa razı olmadı, amma camaat yalvarmaqda davam edirdi. Hətta onlar Bələmin həyat yoldaşını da öz tərəflərinə çəkməyə nail oldular. Axırda Bələmi öz fikrindən döndərdilər.

Bələm Həzrət Musanın (ə) gəlişinin qabağını almaq üçün dua etmək üçün səhraya getdi. O, Allaha ismi-əzəm vasitəsilə dua etdi. Allah-Təala ismi-əzəmi Bələmin hafizəsindən sildi. Bütün kəramətlərini itirmiş Bələm Allahdan ümidini kəsdi və nəhayət, dinsiz halda dünyadan köç¬dü.

Bələm ibn Baura dini kitablarda və klassik ədəbiyyatda imansız alim simvolu sayılır. O, öz biliyinə arxayın olan, haqqa qarşı mübarizədə biliyindən istifadə edən və imanını şan-şöhrətə satan alimlərin ümumiləşdirilmiş obrazıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.