Cəmiyyət

Eşqdən “əsən” qocanı daşqalaq etmək istəyən var?

25 İyul 2017 20:15
20 Şərh     Baxış: 1 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aləm dəyib yenə bir-birinə, elektron KİV sanki yarışa girib: kim oxucularını daha çox mat qoyacaq, kim daha cəlbedici (oxu: sarsaq) başlıq fikirləşib diqqəti üzərinə cəlb edəcək. Başlıqlarda ki... "Hacıdan gənc xanıma əxlaqsız təklif", "Azərbaycanda Hacıdan intim münasibətdə olmaq istədiyi qıza əxlaqsiz təklif", "Azərbaycanda hacıdan gənc xanıma 18+ təklif" və s. Belə ajiotaja səbəb isə kiminsə sosial şəbəkələrdə paylaşdığı gizli çəkiliş oldu. Yaşı çoxdan 60-ı keçən bir kişi kadr arxasında qalan və ancaq səsi eşidilən qadına "eşqnamə" oxuyub, ürəyinin "əsdiyini" deyirdi, ona intim münasibətdə olmağı təklif edirdi. Çəkilişi aparan qadının "əsən Məcnun"a "hacı" deyərək müraciət etməsi isə artıq qeyd etdiyimiz başlıqların və bundan qaynaqlanan şərhlərin meydana gəlməsinə əsas verdi. Qan iyinə yığışan qarğa-quzğun kimi dərhal "əli baltalı" İslam düşmənləri peyda oldu. Bu kişini bir anın içində elədilər İslamın və cəmi müsəlmanların canlı təcəssümü və... Vur ki, vurasan! Bu vurhavura biz də bir qədər rəng qatmaq istədik...

Birincisi. Vətəndaşlar, Brüs Liyə baxıb deyə bilərsinizmi ki, "bütün çinlilər karateçidir"? Bəs Hitlerin timsalında bütün alman xalqını faşist adlandırmaq necə, ağılabatandır? Vəssalam da! Bu kişini də qaydadan bir istisna kimi qəbul edin, bir az köpünüzü udun...

İkincisi. Bakının mərkəzində azərbaycanlı qadınlar açıq-aşkar, heç utanmadan ərəb və digər ölkələrdən gələn turistlərə "podxod" edirlər (bəlkə bu "podxod" edənlərdən bəzisi hətta sözügedən videoya şərh yazıb o kişini qınayıblar da), bədənlərini satırlar. Masj salonları adı altında nə qədər pozğunluq yuvası var paytaxtda. Nə əcəb vicdanınız, qeyrətiniz, namusunuz onda cövlan eləmir?

Üçüncüsü. Bu kişiyə bəraət qazandırmaq fikrindən uzağıq. Onun indi daha çox axirətini düşünəcəyi zamanıdır (xüsusən də doğurdan da dindardırsa), səhv yoldadır, sözsüz. Amma gəlin insafnan danışaq: bu şəhvətini cilovlaya bilməyən və şəhvətinin yükünə tab gətirməyib "əsən" bədbəxt hansı qanuna zidd hərəkətlər etdi ki? Əl-qol atmadı, zor tətəbiq etmədi, şantaja yol vermədi (hərçənd Azərbaycanda o qədər belə hadisələr olur ki!). Bu mənəviyyatsızlıq dənizində batıb gedən cəmiyyətdə onun davranışı nisbətdə eləmi dəhşətli və çirkindir? Bəlkə "hacı" kəlməsi sizi bu qədər qıcıqlandırdı, düzünü deyin...

Dördüncüsü. O kadr arxasında qalan qadın həqiqətən namusunun toxunulmazlığının aliliyi prinsipinə riayət edirsə, o zaman bu çəkilişin bütün dünyaya yayılmasında məqsədi nə idi? Əvvəla abırlı qadın elə bu səhnənin ilk saniyələrindən durub rədd olmalıydı, daha kameranı işə salıb ibnəlik etməməliydi.

Milli.Az islam.az-a istinadən bildirir ki, digər tərəfdən isə, bir düşünək: bu hərəkəti edən qadın Allah bilir bu bədbəxt kişinin qarşısında hansı oyunlardan çıxıb ki, o da "xoddanıb"...

Sonda. Kim məsumdur? Heç vaxt heç bir halda heç bir yeriniz "əsməyib", hə? Bir vicdanınızı dinləyin, sonra kimisə ittiham edin. Həzrət İsa (ə) fahişə qadını daşlamağa qalxan camaata "qoy günahı olmayan birinci atsın daşı" dedikdə bilirsiniz nə baş verdi? Odur ki, elə Həzrət İsanın (ə) dönəmində toplaşanlar kimi davranın - DAĞILIŞIN!

P.S. Amma İsanın (ə) zamanından ötən əsrlər insanları çox mənəviyyatsızlaşdırıb. Yəqin ki günümüzdə İsa (ə) zühur edib təklifini bir daha səsləndirsəydi, heç kim geri çəkilməzdi, əlindəki daşı qarşısındakının başına vurub uzaqlaşardı hadisə yerindən. Heç kim şübhələnməsin deyə... Bax, belə.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.