Cəmiyyət

Səcdə zamanı alın möhürün üzərində rahat oturmadığı üçün....

25 İyul 2017 19:15
5 Şərh     Baxış: 2 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səcdəyə gedəndən sonra adamın alnı möhürün üzərində rahat oturmadığı üçün qaldırıb bir də möhürə qoysa, bu, bir səcdə hesab olunacaq?

Milli.Az islam.az-a istinadən bildirir ki, səcdə namazın ən mühüm hərəkətlərindən biridir və rükn sayılır. Rükn odur ki, onun sayını istər qəsdən, istərsə də bilməyərəkdən artırıb-əskiltmək namazı batil edər. Namazda alnın bir dəfə tam halda yerə (möhürə) dəyməsi səcdə sayılır. Alın möhürün üzərində tam oturduqdan sonra qaldırılsa, bir səcdə edilmiş sayılacaq, hətta zikr söylənilməsə belə. Əgər adam səhvən, yəni bilməməzlik üzündən alnını yenə möhürün üzərinə qoysa və bunların ikisini bir səcdə hesab etsə, namazı düzgündür, amma öhdəsinə səhv səcdəsi gəlir. Əgər alın qeyri-ixtiyari olaraq möhürün üzərindən qalxsa, bu halda da bir səcdə sayılmış olacaq. Əgər qeyri-ixtiyari olaraq, başını saxlaya bilməyib bir daha möhürə qoysa, eybi yoxdur; bu ikisi bir səcdə sayılacaq. Zikri söyləmədən alın qeyri-ixtiyari olaraq səcdədən qalxsa və yenə möhürə dəysə, yaxşı olar ki, səcdə zikrini söyləsin. Amma bunu namazın vacib hissəsi niyyəti ilə yox, Allaha yaxınlıq (qürbət) qəsdi ilə, yəni savab qazanmaq üçün etsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.