Cəmiyyət

Şamaxı yolu çökdü - VİDEO

21 İyul 2017 20:42
0 Şərh     Baxış: 2 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan keçən hissəsində torpaq uçqunu baş verib. Yolun başqa bir hissəsində isə iki nöqtədə yol çöküb.

Dünən axşam Bakı-Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliyində iri torpaq yığını avtomobillərin intensiv hərəkət etdiyi yola tökülüb.

Milli.Az bildirir ki, sözügedən ərazidə daha əvvəl də bir neçə dəfə belə hadisə baş verib. Yolun bu hissəsində baş verən torpaq uçqununun qarşısını almaq məqsədilə istinad divarı çəkilsə də, torpaq axınının qarşısını almaq mümkün olmayıb. Yola tökülən torpaq avtomobillərin hərəkətinə mane olub.

Səhər saatlarından etibarən yola tökülən torpaq kütləsi texnikalar vasitəsilə ərazidən uzaqlaşdırlıb.

Yolun 109-132-ci km-də isə yol çöküb. Asfalt örtüyündə çalalar əmələ gəlib. Bu da həmin ərazidə avtomobilərin hərəkətinə qismən də olsa, təsir edib. Bu səbəbdən sözügedən ərazidə təmir işlərinə başlanılıb, çökmüş yola yeni asfalt vurulub. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şamaxı yolu çökdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.