Cəmiyyət

Qarpız alarkən diqqətli olun! - şübhəli mənzərə ortaya çıxıb - VİDEO

20 İyul 2017 20:42
0 Şərh     Baxış: 3 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarpız alarkən diqqətli olun!

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bəzən yaxşı bilib yoxlamadan aldığınız qarpızları evdə kəsəndə qəribə mənzərə ilə üzləşə bilərsiniz.

Qarpız kəsiləndən sonra qəribə bir mənzərə ortaya çıxıb. Məsələni araşdırmağa bazardan başladıq.
Həmin qarpız görüntüsünü satıcılara göstərdik. Satıcılar iddia edirlər ki, bu, əslində xarab və ya dərmanlı məhsul deyil. Əksinə, normal yetişən və yeyilməsi qorxulu olmayan qarpız kimi görünür.
Məsələ ilə bağlı Dövlət Fitosanitar Nəzarəti Xidmətinə də müraciət etdik. Xidmətin rəisi Camal Quliyev də videogörüntüdəki qarpızın təhlükəli olmadığını söylədi.
Bəs saf qarpızı xarabından necə fərqləndirmək olar? Bu suala satıcılardan cavab aldıq.
Bazarda həmçinin kiçik ölçülü qarpızlara da rast gəldik. Məlum oldu ki, bu qarpızları daha çox turşusunu qoymaq üçün və ya içərisində qəlyan düzəltmək üçün alırlar, yəni yemək üçün məsləhət görülmür. Ən çox diqqətimizi cəlb edən isə qeyri-adi rəngi olan, dadı və qiymətilə fərqlənən bu qarpızlar oldu.
Ümumiyyətlə, tövsiyyə olunur ki, qarpız alarkən mütləq onu kəsdirib yoxlayın. Görünüşündən və ya dadından şübhəli qaldığınız məhsulu almayın. Əks halda zəhərlənmələrə və ya daha ciddi problemlərə gətirib çıxara bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Qarpız alarkən diqqətli olun! - şübhəli mənzərə ortaya çıxıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.