Cəmiyyət

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - VİDEO

20 İyul 2017 20:37
26 Şərh     Baxış: 9 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22 yaşlı Xanım Quliyeva 3 yaşlı oğlu ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, valideynləri bir həftədən çoxdur ki, qızlarından və nəvələrindən xəbər ala bilmirlər.
Anasının sözlərinə görə, qızının ailəsi ilə bağlı problemləri olub. Hətta həyat yoldaşı qaçmamışdan bir necə gün öncə onu atası evinə gətirib və boşanacaqlarını bildirib.
Səlimə Babazadənin sözlərinə görə, qızının evləndiyi gündən güzaranı olmayıb, daim söz-söhbətlər, zorakılıq, qızının belə addım atmasına gətirib çıxarıb.
Hətta qız evdən çıxarkən pul və artıq paltar da götürməyib. Uşağını baxçaya aparıb, ordan da çıxıb gedib.
Qadının sözlərinə görə, qızı heç vaxt tək başına heç yerə getməyib və yaxın rəfiqəsi belə yoxdur. İndi isə birdən-birə belə yoxa çıxması onları qorxuya salıb.
İndi gözü yaşlı atası və anası qızlarının və nəvələrinin yolunu gözləyirlər. Valideynlərinin sözlərinə görə, qızları evə dönsün, ona hec bir təzyiq göstərməyəcəklər və bütün istəklərini yerinə yetirəcəklər.
Qeyd edək ki, Xanım Quliyeva və 3 yaşlı oğlunun axtarışları Xəzər rayon polis idarəsində davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.