Cəmiyyət

Kəsdiyi ağac həyatına son qoydu - VİDEO - FOTO

20 İyul 2017 20:03
1 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə ərazisində qanunsuz ağac kəsən şəxs üzərinə ağac düşməsi nəticəsində iyunun 20-də dünyasını dəyişib. Hadisə saat 16 radələrində Lerik MMBM-nin 15 saylı dolayında baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Lerik rayonunun Çayrud kənd sakini 1953-cü il təvəllüdlü Tərzan Muradov müəssisənin Vizəzəzmin meşəbəyliyindəki dolaya özbaşına daxil olaraq qanunsuz ağac kəsərkən kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə T.Muradov yerindəcə keçinib. Ərazisində ağac kəsintisi ilə bağlı məlumat alan Lerik MMBM-nin Vizəzəzmin meşəbəyliyinin 15 saylı dolayının meşə gözətçisi Əflatun Almasov hadisə yerinə gəlib və qanunsuz ağac kəsən şəxsin ağacın gövdəsi altında qaldığının şahidi olub. Meşə gözətçisi dərhal hadisə ilə bağlı müəssisənin rəhbərliyinə və rayon polis şöbəsinə məlumat verib.

Baş vermiş hadisə ilə əlaqədar Lerik rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Videonu izləmək üçün şəklə klikləyin:

Kəsdiyi ağac həyatına son qoydu 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.