Cəmiyyət

Bakıda tuneldə iki yük maşını qəzaya uğrayıb, yol bağlanıb - VİDEO - FOTO

19 İyul 2017 23:36
0 Şərh     Baxış: 2 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki yük maşını qəzaya uğrayıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov küçəsindəki tuneldə baş verib.

Baku Steel Company MMC-yə məxsus olan və dəmirlə yüklü "KamAZ" markalı yük maşını tunellə hərəkətdə olarkən qarşıda hərəkət edən benzin daşıyan yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "KamAZ" deformasiyaya uğrayıb, yedəyindəki qoşqu qopub.
 
Hadisə zamanı xəsarət alan olmasa da, deformasiyaya uğrayan "KamAz" yolun hərəkət hissəsini bağlayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Onlar yolun "Qələbə" və "20 Yanvar" dairələrindən hava limanı istiqamətindəki hissəsində nəqliyyatın hərəkətini dayandırıblar. Nəticədə Alı Mustafayev və Rövşən Cəfərov küçələrində uzun tıxac yaranıb.
 
Qəzaya uğrayan yük maşını qaldırıcı kran vasitəsilə yolun hərəkət hissəsindən götürülüb. Bundan sonra tuneldə avtomobillərin hərəkəti bərpa edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda tuneldə iki yük maşını qəzaya uğrayıb, yol bağlanıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.