Cəmiyyət

Goranboyda yol qəzasını sanatoriya rəhbəri törədib, 4 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO - FOTO

18 İyul 2017 23:19
0 Şərh     Baxış: 3 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:19

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölən şəxs 1975-ci il təvəllüdlü Goranboyun Tapqaraqoyunlu sakini Hacıyeva Sahibə Cuma qızıdır.  

Xəsarət alanlar: sürücü, 1961- ci il təvəllüdlü Naftalan şəhər sakini Hüseynova Ceyhunə Nəriman qızı və sərnişinlər 1969- cu il təvəllüdlü Tapqaraqoyunlu sakini Qarayeva Günarə Ağaəli qızı və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Əmirova Arifə Tahir qızıdır.  

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır

22:27

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə  Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini - 3 qadını evlərinə aparan zaman idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı müxtəlif xəsarətlər alan 4 qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. 

Yaralıların Gəncədə olan tibb müəssisələrdən birinə aparılması nəzərdə tutulub.

Ölən və xəsarət alanların kimliyi müəyyənləşdirilir. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.  

22:23

Goranboyda baş vermiş avtomobil qəzasında xəsarət alanlardan biri Naftalan şəhərindəki sanatoriyalardan birinin rəhbəridir.

Milli.Az "Report"a istinadən bildirir ki, o, "Hundai Santa Fe" markalı avtomobilin sükanı arxasında idarəetməni itirərək maşını yol kanarına aşırıb. Qəza zamanı xəsarət alan digər 3 qadın da onun iş yoldaşları olublar.

Gəncə şəhərindəki Mərkəzi Kilinikaya yerləşdirilən yaralıların şəxsiyyəti hələlik açıqlanmır.

21:08

Goranboyda ağır avtomobil qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Tapqaraqoyunlu kəndi ərazisində baş verib. Qəza zamanı 5 nəfər xəsarət alıb. Onlardan 4-nün qadın olduğu bildirilir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların arasında ağır vəziyyətdə olanlar da var.
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Goranboyda yol qəzasını sanatoriya rəhbəri törədib, 4 nəfər yaralanıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.