Cəmiyyət

Bronxoektatik formalı pnevmoniya

20 İyul 2017 23:50
0 Şərh     Baxış: 1 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xroniki pnevmoniyanın bronxoektatik forması aşağıdakı əlamətlərlə özünü göstərir:
* xəstədən çoxlu miqdar pis qoxulu bəlğəm ifrazı (gün ərzində 200-300 mq)
* öskürək
* tez-tez rast gələn qanhayxırma
* aktiv iltihabı prosesin fasiləsiz gedişi
* bədən hərarətinin həddindən artıq yüksəlməsi
* iştahanın azalması və xəstələrin kəskin arıqlaması
* dırnaqların saat şüşəsi şəklini alması
* barmaqların uc falanqalarının baraban çubuğuna oxşaması
* konservativ müalicənin az effektliyi
* bronxoqrafik və tomoqrafik müayinələrdə bronxhektazların aşkar edilməsi.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstəliyə nadir hallarda rast gəlir. Bronxoetakik formalı pnevmoniya zamanı aşağıdakı əlamətlər aşkar edilir.
- Xəstəlik uzun gedişə malik olur.
- Kəskin pnevmoniya əlamətləri müşahidə edilir.
- Ağciyərlərdə residivləşən iltihablaşmalar baş verir.
- Patoloji proses ocaqlı xarakter daşıyır.
- Lokal irinli və kataral bronxitin əlamətləri olur.
Xəstliyə diaqnoz qoymaq üçün ağciyər xərçənginin müayinəsində istifadə olunan bütün müayinə metodlarından istifadə edilir. Xəstəliyin ağırlıq dərəcəsi ağciyər xərçənginin ağırlıq dərəcəsi ilə eynidir.
Diaqnoz qoyulan zaman rentgenoqrafiyanın, tomoqrafiyanın nəticələri əsas götürülür. Bundan başqa qanın ümumi və biokimyəvi analizləri, bəlğəmin analizi diaqnozun düzgünlüyünü təsdiq edir. Xəstəliyin hansı bakteriyalar tərəfindən törədildiyi araşdırıldıqdan sonra həmin mikroba qarşı  antibiotiklərdən istifadə edilir. Xəstənin bəlğəmi vaxtaşırı əkilir və onun əsasında müalicə davam etdirilir.
Xəstə sağaldıqdan sonra ona profilaktika məqsədilə sağlam həyat tərzi sürmək, keyfiyyətli qidalardan istifadə etmək, zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.