Cəmiyyət

Əməlimiz harada ləngiyir ki, kamala aparmır?

20 İyul 2017 23:45
48 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sizin nəzərinizə görə, niyə ibadətlərimizin kamala çatmağımıza heç bir təsiir yoxdur? Niyə Allaha bir ömür ibadət etdikdən sonra belə, bu qədər zəifik və günahı tərk edə bilmirik?

Əməllərimiz harada ləngiyir?
İnsanın hər bir əməlinin zahiri və batini vardır. Əməlin zahiri - insanın hərəkətlə yerinə yetirdiyi həmin əməldir. Batini isə əməlin əslidir ki, insanın batinini kamala doğru hərəkət etdirər.
Necə ki, insan ruhu bədəni olmadan eyniyyət əldə edə bilmir, eləcə də insan əməlinin batini olmadan insanı kamala çatdırmır. Necə ki, insan bədənə malik olmadan insan adlanılmır, eləcə də əməllər də o cürdür.
Əgər ibadət batini hərəkət olmadan yerinə yetərsə, mənasız və təsirsiz olar. Ona görə də zahiri hərəkəti batini hərəkət olmadan əməl adlandırmaq olmaz.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Quranda insanı oruca dəvət edir. Oruc ibadəti də başqa ibadətlər kimi, həm zahirə və həm də batinə malikdir. Orucun zahiri - sübh namazından başlayaraq məğrib azanınadək içmək və yeməkdən çəkinməkdir. Batini isə bütün haram və məkruhlardan uzaq olmaqdır.
Bəzi əməllər vardır ki, insanın orucunun zahirini batil edər. Yemək, içmək, tüstünün buruna daxil olması... kimi. Bəs hansı əməllər batinini batil edər? Orucun batini günahdan uzaq olmaqdır ki, onun sayəsində insanın batini və zahiri nurlu olar. Ona görə də günah orucun batinini batil edər. Orucun batini insanı kamala çatdırar, ancaq əgər günah onu aradan apararsa, o zaman insanı tərəqqidən saxlayar.
Həzrət Peyğəmbər (s) buyurur: "O şey ki, orucu aradan aparar - yalandır".
İmam Sadiq (ə) buyurur: "Oruc zamanı dilinizi yalandan saxlayın".
Ona görə də deyə bilərik ki, hər kim oruc kimi bir ibadəti yerinə yetirərsə və zahirinə əməl edirsə, ancaq batini hərəkəti yoxdursa - bu cür ibadət insanı kamala və tərəqqiyə çatdıra bilməz. Ona görə də ibadətlərimizin həm zahiri və həm də batini hərəkəti olmalıdır ki, bizi irəliyə apara bilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.