Cəmiyyət

Dualarda Allahdan nə istəyək?

20 İyul 2017 21:45
5 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan öz həyatının hər bir sahəsində Allaha möhtacdır. Hər nə varsa - Allahdandır. Qüdsi hədisdə oxuyuruq: "Allah Musaya (ə) buyurur: "Hər nəyə ehtiyacın vardırsa, Məndən istə, hətta qoyunun otuna və yeməyin duzuna qədər"". (Tebyan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəs Qadir Allahdan nə istəyək? Qurani-Kərim bizə Allahdan nələri istəyəcəyimiz sahəsində yardım edir və bizə tövsiyələr verir.
1. Siratül-müstəqim yoluna hidayət olmağımızı. "Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!". ("Fatihə" 6).
2. Müstəqim yolunda qalmağı dua etmək. "Və de: "Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!"". ("İsra" 80).
3. Bütpərəst olmamağımızı istəyək. "Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: "Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!"". ("İbrahim" 35).
4. Elm və mərifətin artması üçün dua. "Qur'anın sənə vəhy (edilməs)i sona çatmamışdan qabaq on(un mənimsənilməsi və oxunmasın)da tələsmə və "ey Rəbbim, mənim elmimi artır!" de". ("Taha" 114).
5. Haqq yolunda mətanətli olmaq üçün dua. "(Onlar deyərlər:) "Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!"". ("Ali-İmran" 8).
6. Şeytanın vəsvəsələrindən uzaq olmaq üçün dua. "Və de: "Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm"". ("Muminun" 97).
7. Allahdan gözəl nəsil istəyək. "Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: "Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən"". ("Ali-İmran" 38).
8. Aqibətimizin xeyirli olmasını istəyək. "Musa öz qövmünə dedi: "Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz, yer üzü Allaha məxsusdur (onun yaradılışı, qorunması və sakinlərinin idarə olunması Onun istək və iradəsi ilə həyata keçir), istədiyini onun varisi edir. (Gözəl) aqibət pərhizkarlarındır"". ("Əraf" 128).
Eləcə də, həyatın bütün məsələləri ilə bağlı - irili-xırdalı mövzularda - Allahdan istəyək. Çünki, həqiqi malik Odur.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.