Cəmiyyət

Ələt-Astara yolundakı ağır qəzada ölənlərin sayı 5 nəfərə çatıb - VİDEO - FOTO

18 İyul 2017 08:07
1 Şərh     Baxış: 6 252

İyulun 13-də Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza zamanı xəsarət alaraq 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Qəhrəmanova Aqilə Canhəsən qızı həkimlərin səylərinə baxmayaraq iyulun 17-də Reanimasiya şöbəsində dünyasını dəyişib.
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü sükan arxasında yuxulayaraq öndə gedən digər "Kamaz"a, ən sonda gələn "Mercedes" markalı mikroavtobus isə qoşqulu yük maşınına çırpılıb. Nəqliyyat vasitəsində sürücü ilə birgə ümumilikdə 9 nəfər olub. onlardan 3-ü hadisə yerində ölüb. Daha bir nəfər sonradan xəstəxanada keçinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Ələt-Astara yolundakı ağır qəzada ölənlərin sayı 5 nəfərə çatıb

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    eldaniz · 18 İyul 08:4300

    bu cur avam suruculer ve tamahkar kamaz soferlerine gore millet yollarda qirilir ...Yuk masinlari ucun ayrica yol cekilseydi qezalarin sayi bir qeder azalardi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.