Cəmiyyət

Bu il Azərbaycanda 5,6 min fərdi yaşayış evi tikilib

17 İyul 2017 22:08
0 Şərh     Baxış: 909

2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadratmetr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 382,2 milyon manat olub, onun 60,6 milyon manatı dövlət, 321,6 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 5,6 min yaşayış evi tikiblər. Onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində, Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.