Cəmiyyət

Daha bir xəstə həkim səhvinin qurbanı olub - VİDEO

17 İyul 2017 20:49
3 Şərh     Baxış: 3 959

Daha bir xəstə səhv əməliyyat olunduğunu iddia edir. Əməliyyatdan sonra xəstənin ayağı daha da pisləşib.

Milli.Az bildirir ki, damar genişlənməsi şikayəti ilə xəstəxanaya gedib, ancaq səhv əməliyyat ucbatından aylardır şəfa tapa bilmir.

Hadisə 53 yaşlı Şölə Quliyevanın başına gəlib. O, uzun illər varikoz kimi tanınan damar genişlənməsindən əziyyət çəkib və ötən ilin noyabr ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə ayağını əməliyyat etdirib. Düz 2 ay xəstəxanada yatdıqdan sonra evə göndərilib.

Yenə həkimə müraciət edib. Bu dəfə də yarada qalan bint və ya sap çıxarılıb. Amma xəstənin ayağı sağalmaq əvəzinə hər gün daha da pisləşib. Məcburən Şölə Quliyeva müayinə üçün başqa özəl bir xəstəxanaya müraciət edib. Həmin xəstəxanadan əməliyyatın səhv edildiyi bildirilib.

Xəstəni Angioloji Mərkəzdə həkim Azər Şəmsəddinski əməliyyat edib. İddia ilə bağlı suallarımızı Azər Şəmsəddinskiyə ünvanlamaq istədik, amma cəhdlərimiz boşa çıxdı. Çünki onun telefonuna zəng çatmadı.

Angioloji Mərkəzin şöbə müdiri Vəli Nəsibov isə əməliyyatın səhv olduğunu eşidəndə təəccübləndi və mərkəzin indiki baş həkimi ilə əlaqə saxlamağımızı söylədi.

Gəldik, amma bizi xəstəxanaya buraxmadılar və baş həkim Yunis Eyyubovun bizi yalnız iş saatında qəbul edə biləcəyi deyildi. Biz isə xəstaxanaya çatanda saat 15:56 idi. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirlikdən deyildi ki, xəstə Səhiyyə Nazirliyinə rəsmi müraciət etməlidir və komissiya tərəfindən araşdırma aparılmalıdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Daha bir xəstə həkim səhvinin qurbanı olub

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ayy · 17 İyul 21:0810

    indi yeqin ki hekim deyir, xeste dunyasini deyiwmiw olsaydi ne canim qurtarardi! Gunah xestede qalardi

    Cavab yaz
  • Anonim
    guler · 18 İyul 03:1500

    hekimler indi cellad olub ne olar olar deyib eynine ag xalat geyib qollarin cirmalayib xesteni dogram dogram edirler. puluda her weyden qabag gotururler..

    Cavab yaz
  • Anonim
    damla · 18 İyul 10:3300

    vallah hekimlerin yaxshisida var.hekim var heyatimi mehv eledi,hekimlerde var heyatimi xilas eledi.Allah Ruslan dr.Ramin dr razi olsun.qollarina quvvet versin ki menim kimi xesteleri olumden qaytarsin.amin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.