Cəmiyyət

Günün qoroskopu: zəruri ehtiyac olmadan risk etiməyin

17 İyul 2017 00:01
39 Şərh     Baxış: 7 030

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ehtiyatlı və sayıq olun. Mühüm, maraqlı, əhəmiyyətli hadisələr baş verə bilər. Heç nəyi diqqətdən qaçırmayın. Gördüklərinizi təhlil edin. Faktları normal müqayisə edə bilsəniz, bədxahlarınızı geridə qoymağınıza imkan verəcək addımlar ata bilərsiniz.
Günün ikinci yarısında səhv etmək çox asandır. Şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Dəyər verdiyiniz təmaslar sonuclana bilər. Maliyyə durumu stabilliyi ilə fərqlənmir. Tələsik qərarlar qəbul etməyin.

Buğa - qələbələr və nailiyyətlər əldə etmək çətindir. Fəqət yaxşı çalışıb səy göstərsəniz, irəliləyəcəksiniz. Əməyinizin müqabilində ödəniş pis olmayacaq. Taleyə şikayətlənməyə dəyməz.
İşlərinizdə aktiv və enerjili olun. Günün ikinci yarısında sizi maraqlı tanışlıq gözləyir.
Mövqe və baxışlarınızı gizləmək istəməyərək yaxın ətrafınızdakı insanlara onların eşitmək istəmədikləri sözləri deyirsiniz.
Düz söz danışanı kimsə sevmədiyindən bir qədər ehtiyatlı olun. Rəğbət bəslədiyiniz insanlarla əlaqələri sərinlətməyin.

Əkizlər - zəruri ehtiyac olmadan risk etiməyin, tələsik addımlar atmayın. Yaxın ətrafınızdakı insanların sizdən kəskin şəkildə narazı qalmalarına imkan verməyin. Sizi intriqalara cəlb etməyə, təxribatlara çəkməyə çalışırlar. Yaxşı tanımadığınız insanların boş vədlərinə uymayın. Bədxahlarla düşmənlərin sayını artırmayın. İşgüzar ünsiyyət baxımından çox çətin gündür. Şəxsi münasibətlərdəki çətinliklərin sayını artırmayın.
Yaxınlarınız sizi sevir, dəyər verirlər.
Rasionunuza fikir verin. Tamahkarlıq etməyin. Fiziki işi azaldın.

Xərçəng - çətinliklərə və anlaşılmazlıqlara rəğmən konstruktiv çalışın. Son həftələr ərzində sizi narahat edən problemləri həll etmək imkanlarınız var. Bunun üçün qeyri-standart addımlar atmaq gərəkdir. Şablon təfəkkür zərərlidir.
Birgə layihələrə qatılın, əməkdaşlıq təmaslarında fəal olun.
Probleminizlə bağlı dövlət qurumlarına baş çəkə bilərsiniz.
Axşam saatları bilik və bacarıqların artırılması, yaradıcılıq üçün əlverişlidir.

Şir - Etiraf etmək istəməsəniz də, bu gün yaşanan münaqşələrin tam əksəriyyətinin səbəbkarı sizsiniz. Yaxınlarınızı mənasız iradlar və yersiz hərəkətlərlə qıcıqlandırmayın.
Dəvət aldığınız tədbirə yollanmayın. Amma o tədbirə getməkdə qərarlısınızsa, diqqət mərkəzində olmamağa çalışın. Alış-veriş məsləhət deyil.

Qız - maliyyə baxımından əlverişli gün deyil. Xərclər və məsrəflər çoxdur. Sərmayə kimi yatırdığınız pulların yaxın zamanda "qayıdış" ehtimalı azdır.
Alış-veriş üçün münasib gün deyil. Bu gün alacağınız əşyalar gözləntilərinizi doğrultmayacaq. Yaşam potensialı səviyyəsi aşağıdır. Adi günlərdən fərqli olaraq daha çox yorulursunuz. Hətta ən sadə və rutin işlər sizə mürəkkəb, yorucu təsir bağışlayır.
Dostlarla görüşlər, qonaq qəbul etmək üçün əlverişli gündür. Yaxınlarınızın yanında özünüzü rahat hiss edəcək, bir çox problemləri unudacaqsınız. Kiçik səfər və ya səyahət üçün əlverişli zamandır. Lakin sükan arxasında olmayın.
Axşam saatları ailəvi istirahət üçün münasibdir.

Tərəzi - rəğbət bəslədiyiniz insanlara yardım edin, onlarla birlikdə işləməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizinlə maraqlanırlar. Gün xoş görüşlər, ilginc tanışlıqlar, yeni layihələr vəd edir.
Yeni və ciddi romantik münasibətlərin əsasını qoyula bilər. Dəyişikliklər yaşamınızda önəmli rol oynaya bilər.
Maliyyə baxımından əlverişli gündür. Gəlir, uğurlu investisiya, sərfəli alış-veriş istisna deyil. Nüfuzlu insanlarla təmaslar və danışıqlar üçün əlverişli zamandır. Hami, investor tapa bilərsiniz.

Əqrəb - ilk baxışdan göründüyünün tam tərsinə olaraq irəliləyiş və uğur çətin deyil. Başlayacağınız işlərin bəzilərini tanıdığınız insanlar görə bilmirlər. Özünüzə əmin, qətiyyətli olun ki, ətrafınızdakı insanlar da sizdən ibrət alsınlar.
Köç və ya iş yerini dəyişmək üçün pis gün deyil.
Yeni tərəfdaşlarla əməkdaşlıq başlana bilər. Onlar uzun çək-çevir olmadan sizə kart-blanş verəcəklər və nəticədə mühüm qərarları təkbaşına qəbul edə biləcəksiniz.
Kommersiya layihəsi gəlir vəd edir.

Oxatan - müsbət təmayüllərin təsiri güclənir. Gün uğurludur. İşgüzar aktivlik səviyyəsi yüksəkdir və bu, sizə rəqiblərinizlə müqayisədə daha yaxşı mövqelər əldə etməyə imkan verir.
Biznesin genişləndirilməsi, iri sövdələşmə və anlaşmalar üçün əlverişli gündür. Genişmiqyaslı layihə çərçivəsində işə başlamaq olar. Bir şərtlə ki, uzun müddət ərzində bütün vaxtınızı bu işə həsr etməyə hazır olasınız.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Yaxınlarınızı işlərinizə cəlb etməkdən çəkinməyin. Ehtiyacınız olan yardımı alacaqsınız. Qısamüddətli səfərlər pozitiv emosiyalar bəxş edəcək.

Oğlaq - gün sürprizlərlə doludur. Onların hamısı xoş deyil. Hər şeyə rəğmən pozitiv əhval-ruhiyyə problemləri çözməyə və sədləri dəf etməyə, qarşınızda yaranan imkanlardan tam yararlanmağa şərait yaradır.
Bahalı və xoş hədiyyələr istisna deyil.
Şəxsi həyatınızdakı dəyişikliklər ciddi səciyyəli ola bilər. Bir sıra məqamlar istəklərinizdən asılıdır. Səfərdə, yolda ehtiyatlı olun. Hər hansı formada riskə yol verməyin.
Axşam saatlarını evdə keçirin.

Dolça - gərgin, hadisələrlə zəngin və yorucu gündür. Ruhdan düşməyin, irəliləyin. Nə üçün çalışdığınızı anlayın. Qarşınıza qoyduğunuz məqsəd ciddi və konkret olmalıdır. Qohumlarınız işlərinizə qarışmağa çalışacaqlar. Münaqişəyə yol verməmək üçün onlara başa salın ki, işlərin çəmini anlayırsınız. Bu və digər situasiyada necə davranmaqla bağlı məsləhət gözləməyin.

Mühüm məsələləri həll etmək olar. Köç və ya iş yerinin dəyişdirilməsi ilə bağlı düşünmək olar. Tələsik addım atmayın, sağlam məntiqlə davranın. Belə olarsa, yanlışlıq və səhv riski azalacaq.

Balıqlar - istənilən işə başlamaq olar. Dostlar, tərəfdaşlar və yaxınlar sizi dəstəkləməyə hazırdırlar. Çoxdan bəri reallaşdırmaq istədiyiniz planı həyata keçirmək üçün münbit şəraitdir. Aktiv olun, süstlük etməyin. Çətin situasiyalarda bel bağlamağa adət etdiyiniz insanın dəstəyini itirə bilərsiniz.
Yaxınlarınızla münasibətlər birmənalı deyil. Bəzi məqamlar açıqlanmır. Sirlərin çox olduğu şəraitdə qarşılıqlı anlaşma çətinləşir.
Bundan başqa, aldığınız informasiyaların əksəriyyəti səhih deyil. Nəyin yanlış, nəyin dürüst olduğunu dəqiqləşdirin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

39 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 17 İyul 00:0150

    ESRA

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 17 İyul 09:4000

      Təbriklər baci caan Həmişə 1 cilikde İNŞALLAH

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 17 İyul 11:2900

        Cox saq ol qardasimmm cannnn...

        Cavab yaz
  • Anonim
    oxucu · 17 İyul 00:0110

    Hamıya salamlar!

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 17 İyul 09:1220

      Salam, sabahin xeyir olsun !

      Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 17 İyul 00:0230

    Sabahim ilk gunun 1-ci gunu uqurlar olsun Amin.

    Cavab yaz
  • Anonim
    ALYaSkA · 17 İyul 00:3533

    Getmek!-nedense yaxud kimdense imtina etmekdir. Kimdense kece bilmekdir. Qalmaq uz vermekdir. Getmek ise uz cevirmek.Gedirsense terk etdiyin arxanda qalir.Getmek hem de arxada qoya bilmekdir,direnib qalmaq deyil.Cixib getmek de bezen boyuklukdur! Getmeyi bacaran adamlar dikte edir.Siz de haminin gozlediyi halda qalmayin,hec kimin gozlemediyi anda gedin.Ferqi yoxdur hardan gedirsen-evden,isden,vezifeden,olkeden.Istenilen halda,eyer gede bilirsense demeli tebieten etirazçisan.Imtina etmek,getmek azad adamlarin isidir.... Azadligi dadmaq uçun lazim olan meqamda gedin!

    Cavab yaz
  • Anonim
    ALYaSkA · 17 İyul 00:3733

    "100 olçub 1biçmek"bezen adami mehv edir.Olçmek isini 100-e qeder uzadanda,o bicmek ucun lazim olan 1 % sansi da qacirirsan.....

    Cavab yaz
    • Anonim
      melek b · 17 İyul 10:0430

      Elleriniz var olsun Alyaska xanim.

      Cavab yaz
      • Anonim
        ALYaSkA · 17 İyul 11:0320

        Çox saģ olun-deyer verdiyiniz ucun , Melek.b xanim-:)

        Cavab yaz
        • Anonim
          melek b · 17 İyul 11:1130

          sizde saq olun niki buz ureyi isti, olan xanim.|)

          Cavab yaz
          • Anonim
            ALYaSkA · 17 İyul 11:1920

            Eyer dogurdanda beledirse,ne gozel o zaman)) Tesekkur edirem bir daha. Ele sizin ucun de bu fikiri deyecem niki,adi kimi bir xanim-:)

            Cavab yaz
            • Anonim
              melek b · 17 İyul 11:2630

              tew.coooox saq olun.

  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:0300

    ✌.✌ Gününüz xoş ✌.✌Bol uğurlu ✌.✌Sevincli ✌.Şansli✌.✌Saliğli keçsin ★☆★ Amin.İnsallah.★☆★

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:0500

    BÜRCLƏR HAQQINDA***223***cü BÖLÜM--Bürclərdən bir qədər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:0500

    QOÇ BÜRCÜ--Gərəyindən çox dəyər verib özünü boş yerə üzməz ağıllıdır.

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 17 İyul 10:4600

      Tamamile duzdu...

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:0600

    BUĞA BÜRCÜ Arxasından danışılanlara çox diqqət etməz dik duruşundan güzəştə vermədən bildiyi şərq yolda irəliləyər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:0800

    ƏKİZLƏR BÜRCÜ Uzun zamandır eşqsiz olsa da səbr bildiyi üçün çox yaxında Eşqə doyacaq.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:0800

    XƏRÇƏNG BÜRCÜ Yüksəklərdə əsla gözü olmamışdır buna görə aza qənaət edib xoşbəxt olmağı bilir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:1000

    ŞİR BÜRCÜ---Entel görünüşünün altında mühafizəkarlığı gizlidir. Bu istiqamətini bir bildirməz nümayiş maraqlısı deyil.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:1100

    QIZ BÜRCÜ-- Talehsizlikdən bi cür üzü gülməz lakin hədiyyələrin ən böyüyünü çox yaxında alıb üzü güləcəkdir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:1200

    TƏRƏZİ BÜRCÜ- Pul olaraq bu aralar çətinlik yaşasada, bir bildirməz. Çünki pulun hər zaman dinclik gətirməyəcəyini bilir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:1300

    ƏQRƏB BÜRCÜ-- Qəlbini qıran başını çəkinmədən qıra bilər. Ona görə ona qarşı bir şey etmədən əvvəl yaxşı düşünün.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:1400

    OXATAN BÜRCÜ----Zərifliyi rəftarları onun əlavə bir şey etməsinə gərək olmadan Oxatanı daim qısqanılan edər. Qısqanılmaq üçün səy xərcləməz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:1500

    OĞLAQ BÜRCÜ-- İnancından qüvvətli olmasından ötəri keçmişdə yaşamış olduğu talehsizlik ardından yaxında çox gözəl günlər onunla olacaq.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:1610

    DOLÇA BÜRCÜ-- Bəzən çənəsinə sahib çıxa bilmədiyi üçün peşmanlıqları olmuşdur lakin onun nur kimi bi ürəyi vardır. Kimsənin pisliyini istəməz.

    Cavab yaz
    • Anonim
      dolca · 17 İyul 11:1320

      tew.proqnoz lap qurur duydum burcumle.

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 17 İyul 09:1700

    BALIQ BÜRCÜ--Verdiyi dəyərin 5% 'ini qarşı tərəfdən görmüş olsaydı çox xoşbəxt ola bilərdi lakin həyatın cilvəsi olsa gərək.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 17 İyul 10:2320

    Tebrikler canim gozum gozel Esram. Burda birincilik sene yarawir.

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 17 İyul 11:3001

      Canimmm cox saq ol ureyim, Allah her zaman xetrini eziz ve xos etsin Amin.

      Cavab yaz
    • Anonim
      Əliyev · 17 İyul 15:4921

      :)))

      Cavab yaz
  • Anonim
    Semkirli · 17 İyul 11:5500

    Salam.Balig burclu ne yaxsi yazmisiz

    Cavab yaz
  • Anonim
    Semkirli · 17 İyul 11:5500

    Balig burlu insanlar cox hessas olurlar.

    Cavab yaz
  • Anonim
    '' · 17 İyul 17:1811

    ESRA seni çox isteyirem ama sen meni yox

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 17 İyul 21:1811

      Niye ele fikirlesirsen bilmirem kimsiz ne bilim meni cox isteyeni men cox isteyirəmmm yeqin hardasa naruşenni edib xetrime deymisiz ona göre istemiremmm olarr heeee,,,,menim qelbime deyende hec cüre yadımnan cixmir hecccc cure kinliyəm hedsiz

      Cavab yaz
  • Anonim
    Oxucuya, asiye, wlyasjwya, esranura.... · 17 İyul 22:5200

    Men bir seyi bilmek isteyiren, siz bu seraiti yaradibiz ki, memleketin vetendaslari serh yazub, oz fikirleririni, bildirsinler . Onea niye mene, xetengez baglayib, baqaja, qiynaq ustedinuz. Kserks. Mende buraliyam.

    Cavab yaz
    • Anonim
      22/52=e · 17 İyul 23:2300

      Esranurun adin cekme.

      Cavab yaz
  • Anonim
    Oxuyana · 17 İyul 22:5300

    Oxuyan, gecen xeyre qalsin. Kserks.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.