Cəmiyyət

"5-ci sinfə kimi kənddə oxumuşam..." - 700 bal toplayan İlhamə

16 İyul 2017 22:55
13 Şərh     Baxış: 7 649

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Rekorda imza atan abituriyenlər Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.

Milli.Az bildirir ki, imtahanda yüksək nəticəyə göstərən 17 yaşlı İlhamə Hüseynova təəssüratlarını azvision.az-la bölüşüb. O, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil almaq, hüquqşünas olmaq istədiyini deyib.

"700 bal toplayacağıma inanırdım. Bundan əvvəlki imtahanda 685 bal yığmışdım. Bu, məni qane etmirdi. İkinci imtahanda özümə söz verdim ki, 700 bal toplayacağam. Allaha şükürlər olsun ki, bunu bacardım. Müəllimlərim məndən bu nəticəni gözləyirdilər. Onlar da çox sevinirlər. 

İki il repetitor yanında hazırlaşmışam. 5-ci sinifə kimi Goranboyda Seymur Məmmədov adına Zeyvə kənd orta məktəbində oxumuşam. Sonradan Bakıya köçmüşük. Artıq qərarımı vermişəm, sənədlərimi BDU-nun hüquq fakültəsinə verəcəyəm. Qismət olsa, magistraturanı xaricdə oxumaq istərdim".

İ.Hüseynova orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə qızıl medala layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Umudlu · 16 İyul 23:0671

    Uquruna xeyir Daim ucalardan gelsin sesin

    Cavab yaz
  • Anonim
    aslan · 16 İyul 23:2345

    hec qutardigi 111nomreli mektebden hec ne demeyib adam qizil medalla qutardigi mekteb kollektivinede bir sag ol.deyer

    Cavab yaz
    • Anonim
      Jale · 16 İyul 23:55270

      Yeni, demek isteyir ki, biliyi repetitorlar verib, mekteb yox. Ne qeder aci olsada, ekser hallarda bu bir heqiqetdir

      Cavab yaz
  • Anonim
    aslan · 16 İyul 23:2552

    bitirdiyi 111nomreli mektebden hec ne demeyib adam hec olmasa bir sag ol deyerdi kollektive

    Cavab yaz
  • Anonim
    Konul · 16 İyul 23:4041

    Ugurlar gelecek tehsilinde

    Cavab yaz
  • Anonim
    Jale · 16 İyul 23:5441

    Halal olsun. Men de vaxtile medalla bitirmishem mektebi. Indi oglum elachidir. Amma, bilmirdim ki, indide medal verilir.

    Cavab yaz
    • Anonim
      · 17 İyul 02:3641

      Halaldi senin kimi ovlada her sey

      Cavab yaz
  • Anonim
    Maqa · 17 İyul 01:3441

    Halaldi sene qizim ugurlar olsun

    Cavab yaz
  • Anonim
    Aylin · 17 İyul 02:3611

    Mende 111 n li mektebi bitirmiwem ferehlendim

    Cavab yaz
  • Anonim
    Aynur · 17 İyul 09:1521

    Uqurlar size saq eliniz menim oqlumun basina olsun

    Cavab yaz
  • Anonim
    a · 17 İyul 10:4704

    neyniyek ey iki gozum aydın

    Cavab yaz
  • Anonim
    Ilham · 17 İyul 11:1020

    Uğurlar ilhame daha ucalardan gelsin sesin

    Cavab yaz
  • Anonim
    Xanim · 17 İyul 11:5610

    Halal olsun ,sene ,yolun aciq,ugurlu olsun,hemise saglam,gumrah ,feal ol,milletimiz ucun yararli mutexessis ol,Amin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.