Cəmiyyət

Bakının Nizami rayonunda... - VİDEO

16 İyul 2017 20:14
2 Şərh     Baxış: 2 064

Bakıda yol təmir olunarkən avtobus dayanacağının müxtəlif hissələri, əsasən də üstü harasa aparılıb, amma təmir başa çatsa da, yerinə qoyulmayıb.

Milli.Az bildirir ki, söhbət Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindən gedir. Küçənin hər iki tərəfində üzbəüz yerləşən dayanacaqların üst hissəsi və şüşələri yoxdur. Həmin dayanacaqlarda 13 fərqli istiqamətə gedən avtobuslar dayanır. Sərnişinlərin bu qədər sıx olduğu ərazidə dayanacağın belə vəziyyətdə olmasına səbəb nədir? Bu problemi əməkdaşlarımız araşdırıb.

Sərnişinlərin dediyindən məlum olub ki, küçə bir müddət əvvəl genişləndirilib, asfalt örtüyü yenilənib. Yol genişləndirilərkən dayanacağın üstünü kimlərsə harasa aparıb, sonra gətirməyiblər.

Yolun qarşısındakı dayanacağın vəziyyəti isə daha pisdir. Onun sadəcə dirəkləri yerində qalıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, hazırda dayanacaqların icra hakimiyyətlərinədən alınaraq Agentliyə verilməsi prosesi gedir. Proses yekunlaşandan sonra dayanacaqların hər birinə lazımınca nəzarət ediləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir neçə avtobus dayanacağının müxtəlif hissələrini söküb aparıblar

Şərh yaz:

2 Şərh:

  • Anonim
    El rey · 16 İyul 20:4300

    Bele wey ancaq bakida olar ele

    Cavab yaz
  • Anonim
    HH · 16 İyul 22:1600

    Kimse bağına "naves" düzeldir yeqin))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.