Cəmiyyət

İsti hava şəraiti sitrus meyvələrinə ciddi təsir edib - VİDEO

16 İyul 2017 20:00
1 Şərh     Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər cənub rayonlarında temperaturun yüksəlməsi naringi və portağal bağlarına təsir edib.

Milli.Az bildirir ki, artıq iki həftəyə yaxındır ki, naringi və portağal ağaclarında olan kiçik meyvələr saralıb tökülməyə başlayıb. Təsərrüfatçılar deyir ki, belə davam edərsə bu il naringi bağlarında məhsul ən azı 2 dəfə aşağı olacaq.

Naringi və portağal meyvəsində əsasən üst tərəfdə, günəş şüalarının birbaşa təmas etdiyi hissədən meyvələr saralıb tökülür və gün ərzində ağacların dibində vaxtından əvvəl, yetişməmiş tökülən çox sayda meyvələrə rast gəlinir. Digər tərəfdən, nəmişlik də ağaclara təsir göstərir.

Qazancının bir xeyli hissəsini sitrus bağları təşkil edən Lənkəran-Astara təsərrüfatçıları bu il məhsuldarlığın aşağı düşməsinin qiymətlərə də təsirsiz ötüşməyəcəyini bildirirlər. Vəziyyət bu cür davam edərsə, naringinin qiymətinin 2 dəfəyə qədər artma ehtimalı var. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İsti hava şəraiti sitrus meyvələrinə ciddi təsir edib - VİDEO

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.