Cəmiyyət

Nəticələr açıqlandı - İki nəfər 700 bal toplayıb

16 İyul 2017 18:15
8 Şərh     Baxış: 4 442

Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da saat 18:06-dan etibarən elan edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı"nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəb və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Milli.Az

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Aytac · 16 İyul 20:0740

    Halal olsun .

    Cavab yaz
  • Anonim
    Lamia Sultanova · 16 İyul 22:0500

    Halal olsun.278 sayli mekteb savadli wagirdler yetiwdirib hemiwe.

    Cavab yaz
  • Anonim
    Arzu · 16 İyul 22:1013

    İndi başlayacaqlar :halal olsun ,nə bilim daha nələr. 700 bal uşagın səviyyəsini inanın ki ,göstərmir. Mən 700 bal toplayan usaq tanıyıram universitetdəki dərsləri qavraya bilmir ,bəzi usaqlardan geri qalır.Hətta ortabab tələbədən də aşagı səviyyədə oxuyur.

    Cavab yaz
  • Anonim
    Aylin · 16 İyul 22:2220

    Tebrik edirem.Ugurlariniz bol olsun

    Cavab yaz
    • Anonim
      Karmen · 16 İyul 23:3800

      Salam tebrik edirem butun abituriyentleri

      Cavab yaz
  • Anonim
    Af · 16 İyul 23:3900

    Tessuf ki menim qizim ugurlu netice gostere bilmedi. Cox heyf. Cox eziyyet cekmisdik. 145 bal topladi. Yuxusuz geceler. Soyuqda istide marsrutlarda getdi geldi neticede bele. Allahdan xeyirlisini istemisdim. Allah bilen meslehetdi. Amma qizima gore cix uzulurem

    Cavab yaz
  • Anonim
    Seva · 17 İyul 09:2400

    Halal olsun

    Cavab yaz
  • Anonim
    Seva · 17 İyul 09:2500

    Halal olsun valdeyinlernin coreyi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.