Cəmiyyət

Hamının bəhs etdiyi Ramil Bakıda - FOTO

16 İyul 2017 14:12
4 Şərh     Baxış: 2 972

Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilərimiz Vətənə qayıdıblar. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qalibləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Təhsil Nazirliyinin əməkdaşları, valideynləri müəllimləri, sinif yoldaşları və media nümayəndələri qarşılayıb.

Xatırladaq ki, Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar. Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiada da qızıl medal qazanıb.

Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Seva--- · 16 İyul 14:2370

    Bax bunlarla Azerbaycan fexr ede biler yoxsa daqda dawda orda burda soyunub wekil cekdirirler ne bilim ne fox gosterirler deyirler senetkariq vetenimizi temsil edirik.bu uwaqlara uqurlar arzulayiram

    Cavab yaz
  • Anonim
    N▪ · 16 İyul 14:4350

    Bir daha təbrik edirəm! Uğurlar!

    Cavab yaz
  • Anonim
    cenublu · 16 İyul 15:0250

    Bunlarla fexr etmek olar ,cunki Azerbaycanimizin fexrleridir,ugurlariniz bol olsun

    Cavab yaz
  • Anonim
    x · 16 İyul 17:2130

    ALLAH YOLUNUZU ACIQ ELESIN UGURLAR

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.