Cəmiyyət

"Bir oğlanla intim mesajlarını gördüm, mənə qeyrətsiz kimi baxacaqdılar" - anasını öldürən Maarif

15 İyul 2017 22:28
29 Şərh     Baxış: 3 511

Anasını namus üstündə qətlə yetirməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Maarif Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.
 
Təqsirləndirilən şəxs qismində dindirilən ona qarşı verilən ittihamlar üzrə özünü tam təqsirli bildiyini deyib.
 
O, istintaqa verdiyi ifadəsində bildirib ki, ailəsi ilə birlikdə Zabrat qəsəbəsində yaşayıb: "Ailədə məndən başqa  iki bacım və 1 qardaşım var. Hamımız bir otaqlı evdə yaşayırdıq. Babam Maarif də həmin binada başqa evdə qalırdı. Mən də günümün çox hissəsini elə babamgildə keçirirdim. Anam və atam 1997-ci ildə ailə qurublar. Bildiyim qədəri ilə anamın atama qarşı istəyi olmayıb və könülsüz olaraq evlənib. Atam və anam bir-biri ilə dolanmırdılar. Anam atama maddi çətinliklə bağlı irad tuturdu. Atam həm də spirtli içki çox içdiyindən həmişə evdə sör-söhbət olurdu. Bir neçə dəfə anam atamdan küsərək bacılarımı da götürüb öz bacısıgilə getmişdi. Sonra barışdılar".
 
17 yaşlı gənc qeyd edib ki, bir müddət sonra atası anasını qısqanmağa başlayıb: "Anam cavan qızlar kimi geyinməyə başlamışdı. Atam da anamın dar şalvar geyinməsinə etiraz edirdi. Anam son vaxtlar lap dəyişmişdi. Bütün günü telefonla oynayırdı. Bundan artıq mən də şübhələnməyə başlamışdım. Onun xəbəri olmadan telefonundakı "WhatsApp" proqramını özümün nömrəmə yönləndirdim. Bununla da ona gələn bütün mesajları oxuya bilirdim. Bu vaxt anamın bir gənc oğlanla yazışdığının, bir-birlərinə intim məzmunlu mesajlar göndərdiyinin şahidi oldum. Özümü itirdim, heç-kimə heç nə demədim, gedib məsciddə yatdım".
 
Maarif Əliyev deyib ki, 3-4 gün məsələni ailə üzvlərinə, həmçinin bibilərinə danışıb: "Həmin vaxt öyrəndim  ki, rəhmətə gedən dayım Şahin də anamın bu əməllərindən xəbərdar olub və onun telefonunu əlindən alaraq nömrəsini sındırıb. Həmin ərəfədə anam atamdan boşanmaq üçün məhkəməyə iddia ərizəsi vermişdi. Anamın bu əməllərindən, yəni evli, 4 uşaq anası olduğu halda başqa oğlanlarla danışmasından, intim məzmunlu mesajlar göndərməsindən utanırdım.. Artıq dostlarım, tanışlarım içərisində də anamın adı pis hallanmağa başlanmışdı. Anamın pozğun əməllərini dolayı yolla onun üzünə vururdum. Artıq özümü çox pis hiss edirdim, alçalmış biri kimi. Camaatın mənə qeyrətsiz kimi baxmasından çox qorxurdum".
 
2000-ci il təvəllüdü gənc bildirib ki,  2016-cı ilin dekabr ayının 17-dən 18-ə keçən gecə evdə yatdıqları vaxt anasının telefonda kiminləsə səssizcə danışdığını eşidib: "Kiməsə  "səni sevirəm, səni istəyirəm" deyirdi. Həmin vaxt  özümü yuxuluğa vuraraq anama qulaq asıb onun bir daha nalayiq hərəkətlər edib-etməməsini dəqiqləşdirmək istəyirdim. Bu səhnəni gördükdə anamın pozğunluq etdiyinə əmin oldum. Onu öldürmək qərarına gəldim. Artıq dözə bilmirdim. Səhər açılan kimi anamın yanına getdim. Axşam danışdıqlarını eşitdiyimi və buna son qoymasını istədim. O  isə "yaxşı eləyirəm, özüm bilərəm" dedi. Anamın həmin cavabı məni lap özümdən çıxartdı. Onun pozğun əməllərindən utandığımdan, həmyaşıdlarım arasında biabır olduğumdan namusunu təmizləmək üçün onu öldürməyi qətiləşdirdim".
 
Hadisə günündən danışan Maarif Əliyev istintaqa deyib ki, anasını öldürmək üçün yatmasını gözləyib: "Anam və bacılarım axşam  babamgilə getmişdilər. Gələndə anam yenə telefonla oynamağa başladı. Babamın 16 kalibrli qoşalülə ov tüfəngi vardı. Yerini bilirdim. Babam onu yağlayanda görmüşdüm. Patronlar da həmişə darağın içərisində, tüfəngin yanında olurdu. Tüfəngi götürdüm. Daraqdan iki ədəd patron götürüb tüfəngə doldurdum. O vaxta qədər heç vaxt tüfəngdən atəş açmamışdım. Tüfəngi əlimə alıb otağa keçdim. Anam divanda uzanmışdı. Qucağında balaca bacım Nisə vardı. Nisəni əmizdirəndən sonra bacım anamın qucağında yatmışdı. Tüfəngin tətiyini çəkməmişdən qabaq əsas fikrim anamı öldürmək idi. Lakin həmin anda Nisənin də xəsarət ala biləcəyini düşünməmişdim. Tətiyi çəkdim. Anamın kəlləsi parçalandı. Tüfəngin səsindən və anamın o vəziyyətdə görüb qorxdum. Silahı elə otaqda qoyub çölə çıxdım. Artıq anam ölmüşdü".
 
Təqsirləndirilən şəxs bu cinayəti törətməyə onu heç kim təhrik etmədiyini deyib: "Heç kim mənə heç nə deməyib, nə də yardım edən olmayıb. Anamın namussuzluq etməyini həzm edə bilmirdim. Ona görə də onu qətlə yetirmişəm".
 
Keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Maarif Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

29 Şərh:

  • Anonim
    lala · 15 İyul 22:36110

    BU DA BIR AILE FACIESI........VALIDEYNLERIN GUNAHI

    Cavab yaz
  • Anonim
    777 · 15 İyul 22:5780

    Can bala, ureyim ağridi. Senin derdin ne ağirmis. Indi de hebsxana. Ömrûn-gûnûn hayif oldu. Allah qurtarsin!

    Cavab yaz
  • Anonim
    asi · 15 İyul 23:061312

    Bahooo, yalanın və ssenarinin " mükəmməlliyinə" baxıne..Rejisorlarımız bu dərəcədə işləyə bilməz heç...Bu hadisəni xatırladım, həm də çox dəqiq..Milli.az da izləyirdim..Qadın heç də gədənin dediyi kimi bir tipdə deyildi..Yazıq həyatdan bezmiş, problemlərdən bezmiş, yorğun sifətli, baxımsız və yaşından çox yaşlı görsənən biri idi..Onun üz gözündə heç də dar şalvar geyinən, cavanlar kimi geyinən bir hal yox idi..4 uşaqla, alkaş ərlə bir otaqlı evdə elə hansı qadın özünə zaman ayıra bilər və hansı pulla geyinər??..Öz işini yüngülləşdirmək üçün ölən anaya bu qədər iftira atmaq olmaz, ay şərəfsiz...Öldürdüyün bir qələt, danışdıqların da başqa bir qələt..Sənin bu həyatda heç bir vaxt bəxtin gətirməyəcək, zavallı, başı bir udum havalıq övlad...

    Cavab yaz
    • Anonim
      Esl Men · 15 İyul 23:1603

      Bir sey maraqlidir goresen anani oldurmeye ne vadar edib bes bu usaqi? Allah rehmet elesin anaya.. mene dusmez nese demek

      Cavab yaz
      • Anonim
        asi · 15 İyul 23:2557

        Mən bu hadisəni izləyirdim o vaxt burda..Onda da bunun danışdıqları yalan idi...Hətta elə hiss olunurdu ki, ananı əri öldürüb amma oğlu öldürüb kimi bildirirlər..Dəqiqini özləri bilir..Heyif qadına...

        Cavab yaz
        • Anonim
          asi ye · 15 İyul 23:3616

          Yurruuuu.......

          Cavab yaz
    • Anonim
      Cassious · 15 İyul 23:3501

      Bilib bilmeden kiminse haqqina girmiyin.nese melumatiniz varsa deyin bizde bilek.

      Cavab yaz
      • Anonim
        asi · 15 İyul 23:4633

        Amma öldürülmüş bir qadına oğul tərəfindən deyilən bu qədər alçaldıcı sözlər iftira deyil eləmi??Pisliklər daha inandırıcı olub nədənsə...Mənim bildiyim bir şey ola bilməz təbii ki.Ancaq yalanla dolu olduğunu anlamaq çətin deyil..O vaxt deyirdilər ki, öldürüləndə baba da evdə olub.Indi deyir babamgildən gəlmişdi..

        Cavab yaz
  • Anonim
    Syama · 15 İyul 23:2350

    Watsapp yixdi bu camaatin evini de.yaziq usaqlar

    Cavab yaz
  • Anonim
    Raul Gün · 15 İyul 23:3372

    Bu ušag daha yašamadigindan xeberi yoxdu.burnunun ucu ana üçün göyneyende,vicdanin içini parçalayanda tanìšlarin,dostlarin ana olacag sene ay yazig.bir de ki,o yola düšüb.,4 ušag anasi,hele körpe-südemer anasi bu derecede harínlamaz.Atam kiši olmuyub deyirsen dilinnen ay bedbaxt.Alkašdan,narkamannan ömür-gün yoldaši olmaz.Kiši olsaydi ailesine söz gelmezdi.Arada geden can ananin,yanan can da senin oldu ay dünyadan bixeber ušag.

    Cavab yaz
  • Anonim
    Baba · 15 İyul 23:3534

    gunah burda atadadir sahib cixmayib ikinci gunah anadi pis yola dusmeye mecbur deyildi

    Cavab yaz
    • Anonim
      baba ya · 15 İyul 23:4536

      Sandixda saxlasaydi?eyer qadinin qani xarabdirsa,kisi neyniye bilerki,?birde ayilanda gorurki,qadin,olumu hakk edib.Kisinin papagini soxub yere.

      Cavab yaz
      • Anonim
        asi · 15 İyul 23:5631

        Tüfeyli alkaş kişinin başında papaq olmasından əminsən???Olmayan bir şeyi necə yerə soxarlar???

        Cavab yaz
  • Anonim
    uuu · 15 İyul 23:3823

    Mede dermani semicka.Cirt cirt.

    Cavab yaz
  • Anonim
    Balakenli · 15 İyul 23:4371

    Yaziq analar adam ne deyesi bilmir boyuk hevesle ogul dog yuxusuz geceler kecir sondada bele hec neyin yo sudermer bacinin ahi besdi sene

    Cavab yaz
  • Anonim
    Aydan · 15 İyul 23:4960

    Günah ya o oğulda ya da ölen anadadı. Günah o alkaş erdedi bele görnür ki er ailesine sahib çıxa bilmiyib. Müqessir günah eden deyil o qaranlığı yaradandı.amma o oğul o atanın oğludu yeni...SAXSAĞAN QUŞU QARTAL BALASI DUNYAYA GETRE BİLMEZ......

    Cavab yaz
    • Anonim
      marsdan · 16 İyul 00:0001

      Beyenmedim serhlerini.Dus asagi.

      Cavab yaz
    • Anonim
      lalə · 16 İyul 01:1321

      yazığ ana. zülümlə dünyaya oğul gətirdi. əziyyətin çəkdi. böyüydü. oğul isə zəhmətinin əvəzin belə qaytardı. ana dünyaya oğul yox. oz cəlladın gətiribmiş. nankor övlad.

      Cavab yaz
      • Anonim
        Əhməd · 16 İyul 16:0100

        Analıq borcu təkcə övladı dünyaya gətirməklə bitmir..Onu o şərəfsiz əməllərini etmədən öncə düşünməli idi

        Cavab yaz
  • Anonim
    Fr · 16 İyul 00:3400

    Burda esas günah aile başçısındadır, alkaş bir kişi heç bir zaman ailesinde normal qayda qanun tetbiq ede bilmez, şeytan suyu neçe neçe aileleri dağıdıb, qadının öldürülmesi meselesine geldikde bilib bilmeden deqiq nese demek olmaz

    Cavab yaz
  • Anonim
    A&R · 16 İyul 01:3501

    hech vaxt nese hechneden olmur! adam yeri gelende hech gariwgaya giymir,o ki galdi anaya el galdirasan. nese variydi mutleg,ancag ustune goyub daniwmasi da var,o da ozune hagg gazandirmag uchundu

    Cavab yaz
  • Anonim
    nar ciceyi · 16 İyul 01:5901

    Yaziq uwaq ay qadin sen axi anasan artiq sen oglunla meslehetlewmeliydin heyif oglanin cavanligina bir de ysziq qizlar

    Cavab yaz
  • Anonim
    Boyyy · 16 İyul 03:4300

    1 ci anaya cox sarf eliyib oldurun .Ayar san alina silah gotura bilirdinda dimali ozun oz basini da saxliya bilardin . Goturub ayin basini evdan cixaydin . San anani oldurdun bas o usaqlara yaziqin galmadi? Atan da farli sey doyulki usaqa baxa . Farli kisinin arvadi gazmaz . Sonrada sanin babanda da taxsir olub . Man inanmiram bu tak olub .

    Cavab yaz
  • Anonim
    Angel · 16 İyul 10:3920

    Uwaga ssenarini ezberdibler.ve bir nuans mene catmir eger konulsuz olubsa 4 uwagi neynirmiw?gunahin hamisi o alkaw erdedi.babada ki .....

    Cavab yaz
    • Anonim
      ((( · 16 İyul 11:1420

      Nizamli ve qalib ordunun hemiwe serkerdesi yaxwi olub.gunah atadi

      Cavab yaz
  • Anonim
    feqan · 16 İyul 13:0510

    ne qederki telefon var , internet var ey milletim cox gelinler bowanacaq , cox gelinler olecek

    Cavab yaz
  • Anonim
    Resid-32 · 16 İyul 13:0511

    Gerek cinayet mecellesinde deyisikliy olsun, bu kimi qetiller subuta yetrilerse ceza minimum olsun . Yeni bu kimi cinayetlede qesden Adam oldurme kimi yox, bir qeyretli kisinin doqru secimi kini deyerlendirilsin belke onda bu uzden-iraqlarin koku kesile. Ele olsa olmeli olanlar olduruler, oldurmeli olanlarda cezanin azliqini gorub bele seylere goz yummazlar!

    Cavab yaz
  • Anonim
    Eli · 16 İyul 15:5700

    Men basa duse bilmirem ki eger kisi eyyaş, eve baxan deyildise bu qeder usaq neye lazim idi?Ozu de lap balacasi sudemer olub.Ana pozgun, yolunu azmis olsa bele ovladin onu oldurmesi duz deyil.Cunki ana bir ovladi boyutmek cox eziyyetler cekir.

    Cavab yaz
  • Anonim
    Əhməd · 16 İyul 15:5800

    Allah bizlərə hər şeydən öncə gözəl bəxt versin Amin..Heç kim sabahından sığortalanmayıb.. Namus,qeyrət məsələsi çox qəlizdi..Əgər burda yazılanlar həqiqətən olduğu kimidirsə mən o gənci qınamıram

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.