Cəmiyyət

Azərbaycanlı oymaçı-rəssam ilkə imza atıb - VİDEO

15 İyul 2017 20:56
0 Şərh     Baxış: 2 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı oymaçı-rəssam yeniliyə, daha dəqiq desək, bir ilkə imza atıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, o, milli şahmat düzəldib. Şahmatın hər fiquru tarixi abidəmizi əks etdirir.
Oymaçı- rəssam Azər Əsədov deyir ki, tədbirlərdən birində başqa ölkələrdən gələn qonaqlara şahmat hədiyyə edilib. Hədiyyənin üzərində nə Azərbaycan sözü olub, nə də şahmatın ölkəmizə aid olduğunu bildirən hansısa nişan. Elə bu, sənətkarı düşünməyə vadar edir və tez bir zamanda öz ideyasını gerçəkləşdirir.
O, təxminən 1-2 aya müəllifi olduğu milli şahmatları satışa çıxarmağı planlaşdırır.
Amma hələlik dəqiq qiyməti müəyyənləşdirməyib. O, dəyərli bir işin üzərində də çalışdığını əlavə edib.
Azərbaycanlı sənətkarın yeni işi nəinki yerli, hətta dünyanın bir çox ölkələrindən ölkəmizə gələn turistləri də mat qoyacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı oymaçı-rəssam bir ilkə imza atıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.