Cəmiyyət

Daşkəsən-Gəncə yolunda qəza: 5 agır yaralı var - YENİLƏNİB

15 İyul 2017 20:58
0 Şərh     Baxış: 661

20:58

Daşkəsən-Gəncə yolunda baş vermiş avtomobil qəzasında xəsarət alanların adları məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bunlar dövlət qeydiyyat nişanı "35-BS-441" olan "VAZ -2107" markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Vüqar Qəmbər oğlu Məhərrəmov, maşında olan sərnişinlər, Daşkəsən rayon sakinləri - 1987-ci il təvəllüdlü Əntiqə Məhəmməd qızı Məmmədova, 1981-ci il təvəllüdlü Minayə Əhəd qızı Qurbanova və Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Xanlar Səfər oğlu Əhmədovdur.

Hadisə zamanı dövlət qeydiyyat nişanı "16-BL-305" olan "ZİL" markalı yük maşınının sürücüsü, Daşkəsən rayon sakini, Rövşən Bilal oğlu İsmayılov isə alın nahiyəsindən yüngül xəsarət alıb.

20:31

Daşkəsən-Gəncə yolunun 3-cü km-də 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, taksi kimi fəaliyyət göstərən Vüqar adlı sürücünün idarə etdiyi "VAZ-2107" markalı avtomobil "ZİL" ilə toqquşub.

Nəticədə taksinin sürücüsü və maşında olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.