Cəmiyyət

Bakıda evin altından qeyri-adi heyvan skeleti çıxdı - VİDEO

15 İyul 2017 20:05
6 Şərh     Baxış: 3 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 ayağı, uzun quyruğu, qəribə gözləri və dişləri var...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əlləri olmayan qeyri-adi heyvan skeletini paytaxt sakini öz evindən tapıb.
43 yaşlı Ağbəniz Səlimovanın sözlərinə görə, evlərini təmir üçün sökən zaman evin zirzəmisindən bu skeleti tapıblar. Onu ilk dəfə görəndə qorxsalar da, sonradan onun hansı heyvana məxsus olduğunu öyrənməyə çalışıblar. Ancaq bir nəticə əldə edə bilməyiblər.
Ağbəniz Səlimova deyir ki, heyvanı daha çox nəsli tükənən dinazavura bənzəniblər.
Hətta heyvan barəsində kiçik bir araşdırma da aparıblar. Adı naməlum olan bu heyvan ehtimallara görə, daha çox evlərin zirzəmisində yaşayır.
Maraqlısı budur ki, Səlimovlar ailəsi 25 ildən çoxdur bu evdə yaşayır və evi də özləri tikiblər. Bu illər ərzində evdə nə qeyri-adi səs eşidiblər, nə də ölü heyvan qoxusu hiss ediblər. İndi isə ailə heyvanın araşdırılması üçün onun skeletini aidiyyati qurumlara təhvil verməyi planlaşdırırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda evin altından qeyri-adi heyvan skeleti çıxdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.