Cəmiyyət

"Deyirlər ki, vurmaq olmaz" - Sahibsiz itlər qoyunları parçaladı - VİDEO - FOTO

15 İyul 2017 16:42
1 Şərh     Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxının Dağ Göylər kəndində quduzlaşmış sahibsiz itlər sakinlərdən birinin şəxsi təsərrüfatındakı qoyunları parçalayıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisənin dəfələrlə təkrarlanması sakinləri narahat edir.

Göylər kənd sakini 33 yaşlı Toğrul Salahova məxsus qoyunlar sahibsiz itlərin hücumuna məruz qalıb. Toğrul Salahovun sözlərinə görə, qardaşı qoyunları tövləyə salmaq istəyəndə ətrafda it sürüsü olub. İtləri ərazidən uzalaşdırdıqdan sonra üç qoyunun parçalandığını görüb.

Toğrul Salahov - Kənd sakini: ""Uçaskovu"ya da, icra nümayəndəsinə də, baytara da məlumat verdim. Baytar dedi ki, quduzluq əlaməti var, sabah yandıracağıq. Sabah uşaqlarımız quduzluğa tutulanda axırı necə olacaq bilinmir. Deyirlər ki, yiyəsiz itləri vurmaq icazəsi yoxdur. Qonşu kənddən də gəlib bura itləri azdırırlar. Buna bir tədbir görülməlidir".

Göylər kənd baytarlıq idarəsinin səlahiyyətli nümayəndəsi hadisə yerinə gələrək ərazini dezinfeksiya edib. Tələf olmuş heyvanlarsa sakinlərlə birlikdə kəndin ərazisindən uzaqlaşdıraraq məhv edilib.

Kənd sakinlərinin sözlərinə görə, bu ay ərzində artıq üçüncü dəfədir ki, itlər həyətlərə hücum edib və nəticədə 15-dən çox qoyunu parçalayıb. Bununla bağlı dəfələrlə yerli orqanlara müraciət etsələr də hələlik heç bir tədbir görülməyib.

Cəlal Nadirov - Kənd sakini: "Deyirlər itləri vurmaq olmaz. Bəs itlər insanları dağıdanda necə? Heyvanları dağıdıb, tələf edəndə necə? Niyə vurmaq olmurki?"

Toğrul Salahov - Kənd sakini: "Həyətə girib iti parçalayıblar. Bunlar nədisə iti də parçalayırlar. İt iti yeyər? İti də yeyir".

Kənd sakinləri sahibsiz itlərin əhaliyə də hücum edəcəyindən narahatdırlar.

Videonu izləmək üçün şəklə klikləyin:
"Deyirlər ki, vurmaq olmaz" - Sahibsiz itlər qoyunları parçaladı

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.