Cəmiyyət

Bakı Nəqliyyat Agentliyindən benzinin qiymətinin artması ilə bağlı AÇIQLAMA

15 İyul 2017 15:01
Baxış: 4 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının qaldırılması barədə Bakı Nəqliyyat Agentliyində (BNA) müzakirə aparılmır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, hazırda bu barədə məsələnin müzakirəsi gündəmdə deyil:

"Ümumiyyətlə, bu gün Bakı Nəqliyyat Agentliyində paytaxtın marşrut şəbəkəsində istifadə olunan sərnişin avtobuslarında qiymət artımı ilə bağlı müzakirə aparılmır və gündəlikdə belə bir məsələ yoxdur. Paytaxtda marşrut xətlərində fəaliyyət göstərən marşrut avtobusları benzinlə deyil, dizel yanacağı ilə işləyirlər. Buna görə də benzinin qiymətinin artması gediş haqlarına təsir etməyəcək".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.