Cəmiyyət

Gəncədə qəza yerinə gedən təcili yardım işçiləri döyülüb

15 İyul 2017 08:27
0 Şərh     Baxış: 895

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı ölmüş piyadanın yaxınları hadisə yerinə gələn təcili tibbi yardım işçilərinə qarşı fiziki təzyiq göstəriblər.

Milli.Az "Report"a istinadən bildirir ki, naməlum avtomobil gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən Gəncə şəhər sakini, 34 yaşlı Aynurə Məmmədovanı və övladını vurub. Nəticədə qadın hadisə yerindəcə ölüb, onun övladı isə ağır xəsarət alıb.
Hadisə yerinə təcili yardım maşını çağırılıb. Lakin qəza zamanı dünyasını dəyişən piyadanın yaxınları tibbi yardım maşının sürücüsünə və həkimə qarşı təzyiq göstəriblər. Zərərçəkənin yaxınları hadisə yerinə gec gəldiklərini irad tutaraq tibb işçilərinə yumruq və təpik zərbələri endiriblər. Nəticədə sürücü və həkim xəsarət alıb.
Qeyd edək ki, hadisə nəticəsində ağır xəsarət alan uşaq Gəncədəki özəl xəstəxanaların birinə yerləşdirilib. Qəzanı törədən "QAZ-3110" markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb, sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.