Cəmiyyət

Bakıda 18 yaşlı gəncə 8 bıçaq zərbəsi vurulub - VİDEO - FOTO

15 İyul 2017 08:24
0 Şərh     Baxış: 2 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bıçaqlanma hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda, "Şuşa" restoranının yaxınlığında, Tələt Şıxəliyev küçəsindəki parkda qeydə alınıb.
Belə ki, həmin ərazidə 1999-cu il təvəllüdlü Abdullayev Əhliman Sakit oğlu ilə naməlum şəxs (və ya şəxslər) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Ə.Abdullayevə 8 bıçaq zərbəsi endirilib.
Xəsarət almış gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlanılıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda 18 yaşlı gəncə 8 bıçaq xəsarəti yetirilib

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.