Cəmiyyət

Bakıda piyada sürücünü döyüb

15 İyul 2017 08:19
0 Şərh     Baxış: 567

Bakıda piyada sürücünü döyüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr qəsəbəsində yolun ortasında dayanan piyada sürücü 29 yaşlı Kazımov Samir Oruc oğlu ilə mübahisə edib. Piyada ona yol verməməyi əsas gətirərək sürücünün ünvanına təhqiramiz ifadələr işlədib. Nəticədə hər iki şəxs arasında mübahisə yaranıb. S.Kazımov piyada tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.