Cəmiyyət

Azərbaycanda şagirdlərin sayı artıb

15 İyul 2017 08:23
0 Şərh     Baxış: 381

Son 6 tədris ili ərzində Azərbaycanda dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2011-2012-ci tədris ilində dövlət məktəblərində (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər, internat məktəbləri və siniflər istisna olmaqla) təhsil alan şagirdlərin sayı 1 milyon 278 min 100 min nəfər olduğu halda, 2016-2017-ci tədris ilində onların sayı 1 milyon 446 min 600 nəfərə yüksəlib.

Həmin şagirdlərin 1 milyon 234 min 100 nəfəri , yaxud bütün şagirdlərin 85,3 faizi 1 növbə, 212 min 500 nəfəri, yaxud 14,7 faizi iki və ya üç növbələrdə dərs keçirilən orta məktəbdə təhsil alır.

Statistik göstəricilərə əsasən, son 6 ildə ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayı azalıb. 2011-ci ildə ümumi orta təhsili 130 274 nəfər şagird bitirdiyi halda, 2016-cı ildə onların sayı 108 050 nəfər olub.

2011-ci ildə tam orta təhsili 97 465, 2016-cı ildə 87 576 nəfər bitirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.