Cəmiyyət

Haram tikədən imtina edənlərin özəl mükafatı

23 İyul 2017 22:50
2 Şərh     Baxış: 1 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haram tikədən imtina edənlərin özəl mükafatı Haram tikədən imtina edənlərə veriləcək 6 mükafat. Hədislərə əsasən insanın günahları əsasən bu iki istiqamətdə, şəhvət və mala uymaqla baş verir. Şəhvətə uyub günah etməklə insan Allahın buyurduğu haqları tapdalayır. Dünya malına uyub, günah etməklə insan həm Allahın həm də insanların haqqını tapdalamış olur. Bəs Allah dünya malına uymayıb, haram tikədən imtina edənlərə nə vəd verir?

Milli.Az ixlas.az-a istinadən bildirir ki, Hədisi-qüdsidə gəlmişdir: "Hər hansı bir bəndə haram tikəni tamam-kamal iştahası olduğu halda ağzından qaytarsa, Mən ona üç mükafat dünyada, axirətdə də 3 mükafatla mükafatlandıraram:

Dünyada verilən mükafatlatlar:

1. Ömrünü bərəkətli;

2. Ruzisini bol;

3. Qəbrini nurani edərəm.

Axirətdə verilən mükafatlar:

1. Simasını və çöhrəsini ağ edərəm;

2. Tələbkarları ondan uzaqlaşdıraram;

3. Öz mübarək (rəhmət) üzümü ona göstərərəm (ona mərhəmətimi və şəfqətimi lazımi şəkildə göstərərəm)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.