Cəmiyyət

Uşaqlarda allergiyaya səbəb olan 8 qida

23 İyul 2017 21:10
0 Şərh     Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislərin heablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qeyd edir. Allergiyanın əmələ gəlməsinə səbəb olan amillərdən biri də uşaqların düzgün qidalanmamasıdır. Sizlərə uşaqlarda allergiyaya səbəb olan 8 qida növünün adını təqdim edirik. Bu siyahı allergiya uzmanı professor-doktor Yonca Nuhoğlunun analara təqdim etmək istədiyi qida maddəsidir:
1. Şiriniyyatlar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, tərkibindəki qatqı və marqarin yağları, müxtəlif rənglər şirniyyatları dadlı etməsinə baxmayaraq uşaqlarda mədə-bağırsaq problemləri və allergiya yarada bilir.
2. Acı, ədviyyatlı və istiotlu qidalar.
Acı, istiotlu və ədviyyatlı qidalar azyaşlı uşaqlar üçün gizli təhlükə mənbəyi sayılır. Qırmızı bibər qatılmış souslu qidalar və çərəzlər uşaqlar üçün əsil təhlükə mənbəyi hesab edilir.
3. Bal.
Bal təbiətdən gələn ən gözəl nemətlərdən hesab edilsə də, uşaqlarda allergiyaya səbəb ola biləcək qidalar sırasındadır.
4. Ketçup.
Pomidor uşaqların ən çox sevdiyi tərəvəzlərdəndir. Təbii yollarla bostanda yetişdirilmiş pomidorun heç kimə zərəri dəyməz. Amma marketlərdə satılan ketçup və pomidor sousları müxtəlif qatqılardan hazırlandığı üçün uşaqlarda allergiyaya səbəb olur.
5. Mayonez.
Mayonez tərkibində olan yağlar sayəsində mədənin fəaliyyətini ləngidir. Bu ən çox allergik astmalı xəstələrdə patologiyaların artmasına səbəb ola bilir.
Mayonezlər azyaşlı uşaqların qidasında tez-tez yer aldıqda allergiyanın baş verməsinə səbəb olur.
6. Çipsı.
Çox miqdar yağ və kaloriyə malik çipslər uşaqlarda allergiyaya səbəb olan qidaların siyahısında ön sıralardan birində durur. Çipsi uşaqlarda həm piylənməyə, həm də allergik astmaya səbəb olur.
7. Marqarin.
Marqarin və bəzi bitki tərkibli yağların uşaq qidalarında həddindən artıq istifadəsi allergiyanın baş verməsinə səbəb olan amillərdən biri hesab edilir.
8. Şokolad.
Uşaqlarım dadbilmə qabiliyyəti çox tez inkişaf edir və bu səsəbdən onlar dadlı qidalara qarşı daha çox meyilli olurlar. Bu cür qidalardan biri də şokoladdır. Şokoladın tərkibində insanın əhval-ruhiyyəsini yüksəldən endorfin var. Buna görə də əksər insanlar şokoladı çox sevir. Normasında qəbulu uşaqlar üçün faydalı sayılsa da, şokoladdan çox istifadə edən uşaqlarda allergiya əmələ gəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.