Cəmiyyət

Dəridə qaşıntı nədən olur?

23 İyul 2017 20:10
0 Şərh     Baxış: 3 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərman qəbul edildiyi zaman, açıq və küləkli havada gəzdikdən sonra, sintetik paltar geyinən zaman dərinizdə qaşıntıların olması sizin allergiyaya meyilli olduğunuzu göstərir. Dəridə qaşıntıların olması insanı narahat edən bir hissdir. Qaşınma hissi artarsa dəridə qızartılar, şişkinlik, ağrı, qabıqvermə və yara izi kimi izlər qoyur. Dəridə qaşıntıların olması qaşıntılardan sonra dəridə cızıqların əmələ gəlməsinə səbəb olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, dəridə qaşınmanın əmələ gəlməsinin bir çox səbələri ola bilr. Qaşıntı müxtəlif dərmanların orqanizmə verdiyi allergiya səbəbli, əsəb sistemində baş verən xəstəliklər zamanı, suçiçəyi, qızılca və məxmərək xəstəliklərində də meydana çıxır. Qaşınma zamanı dəridə əmələ gələn qaşıntı izləri bir müddət sonra sağala bilir, amma suçiçəyi zamanı yara qaşınıb dərinin tamlığı pozularsa, dəridə izlər qoya bilir. Qaşıntı yerinə infeksiyanın düşməsi yaranın dərinləşməsinə və adi bir qaşıntının problemə çevrilməsinə səbəb ola bilər.
Dəridə qaşıntıların meydana gəlməsi dermatit adlı dəri xəstəliyinin əlamətidir. Müxtəlif kosmetik vasitələr, ətirlər, kremlər, paltar yumaq üçün istifadə edilən yuycu tozlar, zərərli bitkilər dəridə qaşıntının əmələ gəlməsinə səbəb ola bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.