Cəmiyyət

Nəfslə mübarizənin əhəmiyyəti

22 İyul 2017 23:20
0 Şərh     Baxış: 1 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəfslə mübarizənin əhəmiyyəti

Allahın buyurduğu axirət əhlinin başqa bir xüsusiyyəti isə onların hər gün nəfsləri ilə mübarizə aparmalarıdır. Digər insanlar bu dünyada ürəkləri istədiyi kimi yaşadıqlarına görə, öz nəfsləri ilə mübarizə aparmazlar. Günahlara qarşı müqavimət göstərməzlər buna görə də ömürlərində yalnız bir dəfə ölərlər, halbuki axirət əhli həmişə nəfs və şeytanla mübarizə etdiklərin görə hər gün dəfələrlə ölüb-dirilərlər.
Milli.Az ixlas.az-a istinadən bildirir ki, buradan aydın olur ki, nəfsə qarşı müqavimət göstərmək ölümə dözməkdən daha çətindir. Demək onların hədəfi nə qədər ucadır ki, nəfslə razılaşmayaraq, şeytanın sözünü dinləməyərək, Allaha itaət etmək üçün hər gün ölüm ağrısını dəfələrlə çəkməyə razıdırlar. Bir an belə Allah sevgisindən məhrum qalmamaq üçün bütün varlıqları ilə hücumlara qarşı mübarizə aparırlar. Onlar hər gün yetmiş dəfə ölüm acısını dadmağa razıdırlar. Amma bir dəfə olsun dünyaya bağlanmaq, nəfsin istəklərinə boyun əymək və şeytanın əsiri olmağa razı deyillər.
Merac hədisində buyurulan bu cümlə nəfslə cihad faktorun nə qədər əhəmiyyətli olduğunu vurğulayır. İnsan nəyin bahasına olursa-olsun bu nəfsin əsarətindən özünü xilas edərək, azad olmağa çalışmalıdır. Bütün çətinliklərə dözməli və nəfsinə qarşı dayanmalıdır. Hədisdə buyurulur:
Rəsulullah (s) göndərdiyi döyüşdən dönən bir qrup səhabələrini gördü. Onlar saçları dağınıq, üst başları toz içində döyüş təchizatı ilə evlərinə dönürdülər. Rəsulullah (s), "Kiçik cihaddan böyük cihada döndünüz", - deyə buyurdu. Döyüşçülərdən biri, "Görəsən qılıncla cihaddan daha uca bir cihad vardırmı", - deyə soruşduqda isə, "Bəli, insanın nəfsiylə cihad etməsidir", - deyə söylədi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.