Cəmiyyət

Göbələk zəhərlənmələri və müalicəsi

22 İyul 2017 23:15
0 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəstəlik zəhərli göbələklərlə qidalanmalar zamanı meydana çıxır. Zəhərlənmənin əlamətləri göbələk yeyildikdən 2 saat sonra meydana çıxmağa başlayır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, göbələklə zəhərlənmə özünü aşağıdakı əlamətlərlə biruzə verir:

- qarında ağrılar
- yuxuya meyillilik
- aşağı arterial təzyiq
- gözdə toranlaşma
- üz və boyunda qızarma
- taxikardiya
- ağızda metal dadı
- tərləmə
- ürəkbulanma
- qusma.
Zəhərlənmənin əlamətləri yeyilən göbələyin növündən asılı olaraq dəyişir. Bəzi göbələk növləri orqanizmə daxil olduqdan 6 saat sonra böyrək, qaraciyər əlamətləri ilə özünü biruzə verir.
Xəstəyə ilk tibbi yardım:
Göbələk yeyildikdən sonra hansısa bir narahatlıq hiss olunan zaman, xəstəni təcili xəstəxanaya çatdırmaq lazımdır. Xəstəxanaya çatana kimi xəstəni qusdurmağa çalışmaq lazımdır. Əgər qida qəbulunun üstündən bir müddət keçibsə, xəstəyə bol duzlu maye içirdib təcili qusdurmağa çalışmaq lazımdır. Qusma və ishal əslində orqanizmin qəbul eləmək istəmədiyi bir şeyi, xaricə çıxarmaq üçün özünü yüngülləşdirmə vasitəsidir.
Çox vaxt xəstə, xəstəxanaya çatana qədər komaya düşür. Mümkün olarsa, əgər həkimə çatana qədər xəstənin vena daxilinə artopin məhlulu yeritmək məqsədəuyğundur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.