Cəmiyyət

Cərrahi yolla hamiləlikdən qorunma

18 İyul 2017 07:22
3 Şərh     Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cərrahi kontrasepsiya.
Bu könüllü qadın və kişi sterilizasiyası deməkdir. Milli.Az immunitet.az-a istinadən bildirir ki, bunlar təsiri geri dönməyən, yəni daimi olan üsullara aiddir.
Qadın sterilizasiyası - uşaqlıq borularının keçiriciliyinin pozulması (kəsilməsi, tikilməsi) ilə həyata keçirilir və nəticədə mayalanma mümkün olmur. Bu əməliyyat minilaparotomiya və ya laparoskopiya üsulu ilə aparılır.
Kişi sterilizasiyası - vazektomiya. Əməliyyat zamanı xayalıq dərisində kiçik kəsik və ya punksiya vasitəsilə toxumdaşıyıcı axarlar kəsilir və bağlanır. Beləliklə, spermatozoidlərin toxum mayesinə düşməsinin qarşısı alınır. Əməliyyatdan sonra 3 ay ərzində toxumda spermatozoidlər aşkar oluna bilər, ona görə də 3 ay ərzində əlavə kontrasepsiya üsulundan istifadə etmək lazım gəlir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.