Cəmiyyət

Səfir: "Hurqadada turistlərə hücumu baş verdiyi oteldə azərbaycanlılar olmayıb"

14 İyul 2017 23:57
0 Şərh     Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin Hurqada şəhərində turistlərə hücum baş verən "Sunny days" otelində Azərbaycan vətəndaşları olmayıb. Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.

Onun sözlərinə görə, Hurqdada turistlərə hücumla bağlı məlumatarın yayəlmasından dərhal sonra ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını dəqiqləşdirmək üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb.

Səfir qeyd edib ki, yerli hakimiyyət orqanlarından alınan ilkin məlumata əsasən, ölənlər ya yaralananlar arasında azərbaycanlılar olmayıb.

Qeyd edək ki, Misirin Hurqada şəhərində "Sunny days" hotelində bir nəfər bıçaqla turistlərə hücum edib. Hücum nəticəsində 2 Almaniya vətəndaşı həlak olub və 4 Çexiya, Rusiya və Ermənistan vətəndaşı yaralanıb.

Səfir deyib ki , səfirlik Misirə gələn soydaşlarımızı ehtiyatlı olmağa və hər hansı hadisə baş verdikdə səfirliyə müraciət etməyə çağırır.

Tural Rzayev əlavə edib ki, səfirlik vətəndaşlara lazımi yardım göstərməyə hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.