Cəmiyyət

Ət bişdikdən sonra görün nə hala düşdü - VİDEO

14 İyul 2017 22:14
1 Şərh     Baxış: 6 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətbəxdə bişən ət ortalıqda qalıb. Əti alanda, satanda belə şey ola bilməz deyir.

Milli.Az bildirir ki, Sumqayıt sakini Afərin İbrahimova şəhərin 5-ci mk-da qəssəbxanadan aldığı ətin mənşəyinin bəlli olmadığını iddia edib. O, ət dükanından aldığı ətdən yemək hazırladıqdan sonra rənginin birdən birə dəyişdiyinin şahidi olub. Şikayətçi həmin dükandan tez tez ət aldığını lakin belə bir halla birinci dəfədir rastlaşdığını bildirib.

Sözü gedən ət dükanındakı qəssab İlkin Niftəliyev bildirdi ki, müştəriyə ola bilsinki bir gün əvvəl kəsilmiş ət verilib.

İlkin Niftəliyev bildirir ki,həmişə onların gətirdiyi heyvanlar yoxlamadan sonra kəsilir.Əllərində sənədi də var.

Sumqayit şəhər baytarlıq idarəsindən isə bildirildi ki, nəinki həmin dükanlarda ümumən bütün qəssəbxanalarda satılan ətlərə, hər gün həkim nəzarəti var. Ət satışa çıxarılmazdan əvvəl laborotor müayinədən keçirilir sağlamlıq haqqında rəy verilir.

Qəssab deyir ki,tərtəmiz danalar kəsilir, baytar həkim isə bildirir ki, ət kəsim məntəqələrinə hər gün nəzarət olunur.Belə olan halda bəs vətəndaşa satılan bu keyfiyyətsiz ətə görə kim məsuliyyət daşıyır?

Sumqayıt şəhər Baytarlıq idarəsindən oda bildirildi ki, vətəndaşın şikayəti araşdırılacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ət bişdikdən sonra görün nə hala düşdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.