Cəmiyyət

Rusiyaya işləmək üçün getmişdilər - Aldadılan 23 azərbaycanlı - VİDEO

14 İyul 2017 22:00
1 Şərh     Baxış: 3 693

İşləmək üçün gəldikləri Rusiyada nə iş, nə də qalacaq yer tapa bildilər.

Həftələr öncə Azərbaycandan çıxıb Rusiyaya gələn bu şəxslər son üç gündür ki, günlərini ya polis şöbəsində, ya da avtovağzalda ac və susuz keçiriblər.

Milli.Az bildirir ki, əslən Qazax və Ağstafa rayonlarının müxtəlif kəndlərindən olan bu şəxslərin ən böyük istəkləri isə tez bir zamanda vətənlərinə qayıdıb öz ailələrinə qovuşmaqdır.

Bir tanış vasitəsi ilə işləyib pul qazanaq deyə əvvəlcə Volqoqrada gətirilən 23 nəfərdən ibarət azərbaycanlı qrup daha sonra gəldikləri yerdə işsizliklə üzləşib, başqa məkana üz tutmaq qərarına gəliblər. Onların sözlərinə görə, Dağıstan vətəndaşı olan bir nəfər onların bir hissəsini iş adı ilə öz tikinti sahəsinə gətirib. Daha sonra qeydiyyata salacağını və yeməklə təmin edəcəyini deyib. Lakin deyilənə görə, heç də hər şey söz verildiyi kimi olmayıb.

Piyada 56 kilometr yol qət etdikdə sonra İstra şəhər mərkəzinə çatıblar. Lakin bu dəfə də Rusiya hüquq mühafizə orqanları tərəfindən qeydiyyatları olmadığına görə saxlanılaraq İstra şəhər polis məntəqəsinə aparılıblar.Yeməyə çörək pulu belə tapa bilməyən bu insanlara isə yardım əlini İstra şəhərində yaşayan azərbaycanlılar uzadıb.İstra şəhər sakini olan azərbaycanlılar tərəfindən isti yeməklə təmin edilən bu insanlara daha sonra elə xeyirsevər insanlar yol pulu və cib xərcliyi də veriblər. Onlar Moskva avtovağzalına yola salınıblar. Moskvadan isə başqa bir avtobusla Azərbaycana qayıdacaqlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyaya işləmək üçün getmişdilər - Aldadılan 23 azərbaycanlı

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sosyal Müsülüman · 14 İyul 22:5610

    Yaxşı qırırlar o şerefsizleri.Görün yazıq yerlilerimizin başına ne oyun açıb şerefsiz.Onu tapmaq lazîmdî derhal...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.