Cəmiyyət

28 yaşlı gəlin evdən niyə qaçdı? - VİDEO

14 İyul 2017 21:45
29 Şərh     Baxış: 10 023

3 uşaq anası evini tərk edib. Gəlinin 9 gündür hara getdiyi bilinmir.. Qadının həyat yoldaşının ona biganə münasibətinə görə bu addımı atdığı iddia olunur.

Milli.Az bildirir ki, Şəmkirdə 28 yaşlı gəlin Bahar İsmayılova bir neçə gündür ki, yaşadığı evdən çıxıb. və getdiyi yer barədə heç kimə xəbər verməyib. Hadisədən bir gün sonra ailəsi və yaxınları qadının itməsi barədə Şəmkir polisinə məlumat veriblər və bundan sonra Bahar İsmayılovanın axtarışına başlanılıb. Yaxınlarının dediyinə görə, qadının gedə biləcəyi bütün ünvanlar axtarılıb, ancaq nəticəsi olmayıb.

Gəlinin bibisi Durna Babayevanın dediyinə görə, qadın evdən qaçarkən 10 ildir birgə yaşadığı həyat yoldaşı Tural İsmayılova ismarıc yazaraq bildirib ki, onu axtarmasın, bir daha evə qayıtmayacaq.

Məsələ ilə bağlı qadının yaşadığı ünvana getsək də, qayınatası Əbülfət İsmayılov çəkiliş etməyimizə razı olmadı. Qayınata bildirdi ki, problemlə bağlı Şəmkir Polisi məlumatlandırılıb və gəlininin axtarışı davam etdirilir. Əbülfət İsmayılov onu da bildirdi ki, Bahar İsmayılovla oğlu arasında elə də ciddi münaqişə olmayıb. Axırıncı dəfə ailədaxili münaqişə 1 il bundan qabaq Rusiyada olub ki, gəlinin də bu səbəbdən evdən qaçması ağılabatan deyil. Əbülfət İsmayılov həmçinin bildirdi ki, gəlini evdən gedərkən özü ilə təkcə paltarlarını və sənədlərini götürüb. Hadisə baş verərkən Rusiyada olan həyat yoldaşı Tural İsmayılov da Azərbaycana gələrək həyat yoldaşının axtarışına başlayıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
28 yaşlı gəlin evdən niyə qaçdı?

Şərh yaz:

29 Şərh:

  • Anonim
    melik · 14 İyul 21:4910

    3 usag anasi qacib ?

    Cavab yaz
    • Anonim
      GƏNCƏLİ AVROPADAN... · 14 İyul 23:1310

      İraq yaxşılarından,buna bənzər hadisələr oralarda çoxdur,əfsus ki!

      Cavab yaz
  • Anonim
    Angel · 14 İyul 21:50100

    En duzunu Allah bilir.ve haqq yerini tapsin.

    Cavab yaz
  • Anonim
    Ahu · 14 İyul 21:5309

    A a a bunun eri rasiyada olub bu kiminle dalasib evden cixib maraqlidir.yeqin kiminlese gedib .bes usaq yoxdu?

    Cavab yaz
  • Anonim
    Ahu · 14 İyul 21:5306

    A a a bunun eri rasiyada olub bu kiminle dalasib evden cixib maraqlidir.yeqin kiminlese gedib .bes usaq yoxdu?

    Cavab yaz
  • Anonim
    Heybet · 14 İyul 21:531313

    Buda son. ARVAD ELDEN GETDI. Mashallah goze gelimli gelindi bekar galmaz. Cox cekmez bunuda targovidan taparlar. Sonrada deyecekki supurgeci xalanin evinde galirdim.

    Cavab yaz
    • Anonim
      heybete · 14 İyul 22:50122

      bohtan demeyin.evin icin bilmek olmur.rusiyada siz cox olmusunuz deye kisini mudafiye edirsiz.

      Cavab yaz
      • Anonim
        Heybet 22-50 ye · 14 İyul 23:54102

        Men gelet ederem ozum rusiyada arvadim azerbaycanda galsin. Arvadi tek goyanda sonu bele olur. ( tebii ki hamiya aid deyil )Her arvadin iwi deyil icinde ceksin

        Cavab yaz
        • Anonim
          heybete · 15 İyul 19:4011

          her kisinin huneride deyil,aqli basinda corek pulu qazanib ailesine gondersin./tebii ki,hamiya sid deyil/

          Cavab yaz
    • Anonim
      MiruMir · 15 İyul 22:3100

      Heybet bey duppeduz yazmisiniz. Bir qadin olaraq qadinlarin terefini tutmaliyam amma 3 uşagini atib gedeni mudafie ede bilmerem. Uşagina atasiz qalmasin deye ne işgenceler ceken, doyulen, soyulen qadinlarimiz var. Bunun eri rasiyadadi, 3 usagini atib gedib. O uşaqlara yaziq deyilmi bes ...

      Cavab yaz
  • Anonim
    İrina · 14 İyul 21:59130

    Yeqin erinin arvadi var îmis rusiyada .amma olan Usaqlar oldu erinle problemin var boşan. amma Usaqlar qoyma tek uşaq anadan yetim qalir atadan deyil,

    Cavab yaz
  • Anonim
    SEVINC · 14 İyul 22:00302

    Demeli arvadi alib qoyub valideyinlerinin yaninda 3 usagnan,ozude Rusiyada kefde....bele sey olar?! Qadinlara nevazis lazimdi ay kisiler,diqqet lazimdi...bes neyniyek,ne qeder yol gozluyub,icimize qapanmaliyig.VAllah xanimlarinizin qedrini bilin,5 gunluk dunyani olmazmi heyat yoldasinizla yasiyarag keciresiniz...

    Cavab yaz
  • Anonim
    gullu · 14 İyul 22:0220

    axmaqdi ana balalarini qoyub qacarmi

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 14 İyul 22:1874

    Biyabrciliqdir ne az ne cox duz 3 usaqi atasan yiyesiz qacasan bu neyi behane edecek eride burda yoxxx

    Cavab yaz
  • Anonim
    Roker · 14 İyul 22:38161

    Demishem yene deyirem internet ve mobil telefon evleri yixmaqa ve aileleri dagitmaqa davam edecek. Buda novbeti aile dagilmasi. Kimse desinki burda mobil telefonun ve ya internetin rolu olmayib.

    Cavab yaz
    • Anonim
      Lamiye · 14 İyul 23:1382

      Mən də bunu deyirəm həmişə ki,belə hadisələr internet və mobil telefonun olmadığı vaxtlarda da baş verib .Həm də ki ele hadisələr eşitmişəm ki, adam inana bilmir

      Cavab yaz
      • Anonim
        Roker · 15 İyul 20:1310

        Teessufki bu statistikadir hormetli nanotexnologiya heveskari.

        Cavab yaz
  • Anonim
    A.L · 14 İyul 22:38251

    Er dediyin arvadinin yaninda olar , day 3 ilden bir 5 ilden bir xaricden arvadinin yanina komandirovkaya gelen kimi gelmez. Qadinin axmaqligi ise ondadir ki, usaqlari qoyub qacib. Bosanib usaqlarla birge cixib getmek lazim idi. Umid eleyek ki, intihar elemeyib.

    Cavab yaz
  • Anonim
    ....☆ · 14 İyul 23:03141

    Qinamayin qinadiginiz sey basiniza gelmeyince olmezsiniz.....ne bilirsiz icini ne bilirsiz cekdiyini biz suyun unuzu goruruk icini kim bilir lal axir ya gur

    Cavab yaz
  • Anonim
    Allah Bendesi · 14 İyul 23:11110

    Heç bir ana uşağını başqalarına atıb getmemelidir, sebeb ne olursa olsun. Bir de bu var,heç kim xoşbext olduğu evden çıxıb getmir. Gör ne qeder bezib yazıq.

    Cavab yaz
  • Anonim
    Sevda.R · 14 İyul 23:1447

    Bəs bu axmaq qadını qaçıran şərəfsiz kişicik bilmir ki, bunun ailəsi və 3 uşağı var?

    Cavab yaz
  • Anonim
    teselli · 14 İyul 23:1630

    kiwi ne qeder pis olur olsun axmaq olur olsun amma bir qadin 3 korpesini atib gedirse ona ana demek olmaz. sebeb ne olursa olsun. basga yollar axtarsin amma usaglari atib getmek hec bir wey buna haqq qazandirmir. nece rahat ola biler basga yerde?hecmi dusunmur o korpeleri?senedlerini de goturub gedibse demek ki basga meqsedi var qayitmag fikri de yoxdu

    Cavab yaz
  • Anonim
    ...... · 14 İyul 23:4050

    Allah bilir neye gore gedib aile isini bilmek olmur belke qadini oldurubler yalanan deyiler qacib

    Cavab yaz
  • Anonim
    anonim · 14 İyul 23:5160

    bezi kisiler axmaqdi gedib hansisa xarici olkede yasayib tek yeyib icdiyine aylenen ye de her ne yeyirsense o usaqlar ata sevgisi gormur axi belediki usaqda terbiyesiz olanda deyirki ata ana yaxsi terbiye vermiyib gel o terbiyeni sen verde usaqlarina

    Cavab yaz
  • Anonim
    Umrao · 14 İyul 23:53111

    Ushaglarini da aparsaydi deyerdim yaxshi edib.Atib getdiyi ucun haqq qazandira bilmedim.Yoxsa ki hele ere o da azdi.Yeqinki onun yoldashinin birinci rusiya seferi deyilmish.Ele hefte sekkiz men doqquz ordaymish.Arada da gelib deyib qayidirmish.Bes bu gelin niye ere gelib?Er uzu gormurduse.Ele oturmushdu da evinde.Hec kim de yazmasin ehtiyacdan neden.Aparardi ozuyle.Aile saxlamagi bilmeyen evlenmesin.Ruslarla kef cekecekler bunlar,qadinlari da qalacaq bunlarin evinin keshikcisi,qulluqcusu.Danishanda da namus qeyretden danishirlar bele kishiler.Amma namusunu qoyub nece de gede bilirler.

    Cavab yaz
  • Anonim
    asi · 14 İyul 23:5645

    Qaynata da elə bil ki, lap uşaq başı aldadır..Ər Rusiyada özü Azərbaycanda olan üç uşaq anasının uşaqları atıb tək getməsi pisləniləsi haldır.Əgər uşaqları da aparsaydı gəlinə yaxşı tərəfdən haqq vermək olardı..Ər nə qədər pis olsa da uşağı atmaq olmaz..Digər tərəfdən də əlbəttə bilib ki, ər Rusiyada tək deyil, ona görə də bu da ağlına gələni edib acıq üçün..Pis yaxşı ailə bütöv olsa, yaxşıdır..

    Cavab yaz
  • Anonim
    Sevil ***** · 15 İyul 07:0940

    Hər bir tərəfdə günah var .Ər də qadın da qaynata da bu faciədə eyni dərəcədə günahkardır .Zərbə balalara dəydi . Qadın başını götürüb qaçıb uşaqlar qalıb ortalıqda Yazılandan məlum olur ki ,qadın il əvvəl Rusiyada olub .Ay kişi ,sən niyə ailənə sahib çıxmırsan ?

    Cavab yaz
  • Anonim
    Muwfiq · 15 İyul 13:4912

    Şeref ve Leyaqetin ucuzlawdiqi bir zamanda yaşıyiriq ...Namusunu İsmetini düşünen bir uç uwag Anası mutleq bu iyrenc addimi atmamali idi..eri Qeyretsizdi ki illerdi sefil heyat surur Rusiyada amma bu ona delalet etmir ki Qadin hokmen bir anliq şehvet hissine bütün hayatını ayaqlar altına atsin...en azinan uç uwaq Anasidi...

    Cavab yaz
  • Anonim
    anonimka · 15 İyul 19:2620

    arvad usagi burda yasli ata ananin ustune atib xaricde kef cekenlere bu da azdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.