Cəmiyyət

Azərbaycanlı tələbələrdən QEYRİ-ADİ İXTİRA - VİDEO

14 İyul 2017 21:39
0 Şərh     Baxış: 1 660

İstixanan var, amma ora heç getmirsən. Sənin əvəzinə bitkilərə ancaq müasir texnologiyalar nəzarət və qulluq edir. Evində oturaraq mobil telefona yüklənmiş proqramla istixananı idarə edirsən.

Milli.Az bildirir ki, xəyal kimi görünən layihəni Neft və Sənaye Universitetinin tələbələri hazırlayıblar.

Təsərrüfatlarda və istixanalarda müasir texnologiyalardan istifadə etməklə tərəvəzlərin və güllərin yetişdirilməsinə sərf olunan zamanı və zəhməti azaltmaq mümkün olacaq.
Ağıllı istixanalar yetişdirilən məhsulun keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, məhsulun maya dəyərini aşağı salır və istehsalçının işini bir çox yöndə yüngülləşdirir.

Tələbələr artıq bütün texniki detalları labaratoriya şəraitində testdən keçiriblər.

İndi tələbələr ağıllı istixana sistemindən yararlanmaq istəyən investorların yolunu gözləyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı tələbələrdən QEYRİ-ADİ İXTİRA

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.