Cəmiyyət

Körpə xilas olsa da, anası öldü - VİDEO

14 İyul 2017 21:24
2 Şərh     Baxış: 1 344

Ana doğuşdan sonra dünyasını dəyişib. Hadisə Respublika Perinatal Mərkəzində qeydə alınıb. Milli.Az bildirir ki, bir neçə gün əvvəl 33 yaşlı Kəmalə Bəkirova doğuş üçün Şamaxı rayonundan Bakıya Perinatal Mərkəzə gətirilib. Xəstəxananın direktoru Sevinc Məmmədova deyir ki, ana indiyə qədər 3 abortla yanaşı, 5 doğuş həyata keçirib. Həmin doğuşlardan olan 3 uşaq həyatda qalmayıb. Üstəlik ana xəstəxanaya gətirilərkən bir sıra diaqnozlar da qoyulub.

Xəstəxanada ana ilə uşağın qan uyğunsuzluğunun olması da aşkarlanıb. Doğuş həyata keçirildikdən sonra anada qanaxma müşahidə edilib.Əməliyyat edilən ananın 3 dəfə ürəyi dayanıb.Yeni doğulan körpənin isə qanı yenilənib ,vəziyyəti stabil olaraq qalır.Ötən gün Sumqayıt şəhər 2 nömrəli Doğum Evində də ana ölümü qeydə alınıb. 29 yaşlı Gülsüm Əliyevanın doğuşdan sonra qəflətən vəziyyəti pisləşib və komaya düşüb. Görülən tədbirlərə baxmayaraq qadın dünyasını dəyişib.

Hadisədən sonra xəstəxananın ginekologiya şöbəsinin şüşələrini sındırılıb.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, hər iki faktı Prokurorluq orqanları və Doğuşa Yardım Komisiyyası araşdırır. Məsələyə araşdırmalar başa çatdıqdan sonra qiymət veriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Körpə xilas olsa da, anası öldü

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Ema · 14 İyul 22:1720

    Yazlq ölən öldü artıq hər şey boş birdə Allah evini tiksin nə məcbur idiki bir birinin dalıyca abort doğmaq bir az ara verərdin dünyanın sonu deyildiki

    Cavab yaz
  • Anonim
    Sevil ***** · 14 İyul 22:3500

    Həyatdan getdikdən sonra lap yandır ,nə xeyri ??Yazıq balalar ..Anasız ,ana məhəbbətini dadmadan böyüyəcəklər ((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.