Cəmiyyət

Ağaclar kəsilərək məhv edildi - VİDEO

14 İyul 2017 21:33
2 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Obyektin qarşısı aydın görünsün deyə ağaclar kəsilərək məhv edilib.

Paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova, 50 ünvanında yerləşən obyektin sahibi 3 yaşıl ağacı kəsib. Kadrlardan da aydın görünür ki, ağaclar kəsilərkən yaşıl olub və sonradan kəsilərək yük maşınına doldurulub aparılıb.

Ərazidə çəkiliş apardığımız zaman biz də bu faktın şahidi olduq. Obyektin sahibi İlqar Məmmədov da ağacları kəsdiyini etiraf etdi. Buna səbəb kimi isə ağacların dayanacaqda olan sərnişinlərə təhlükə yaratmasını göstərdi. Ancaq o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan ağacları kəsdiyini dedi.

İndi isə bu kadrlara diqqət edək. Görüntülərdən görünür ki, bu ağac kəsilməzdən qabaq tam yuxarıya kimi budanıb və vətəndaşlar üçün heç bir təhlükə yaratmayıb.
Bəs onda bu ağaclar niyə kəsilib? Bakı şəhər icra hakimiyyəti Yaşıllaşdırma təsərrüfatı birliyinin şöbə rəisi Orxan Məmmədov deyir ki, həmin ağaclar qurumun balansında olub və kəsilərkən onlardan icazə alınmayıb.

Ağacların məhv edilməsi məsələsinə Ekologiya və Təbii sərvətlər nazirliyi də münasibət bildirib. Qurumdan bildirildi ki, adı çəkilən ünvanda ağaclar qanunsuz olaraq kəsilib. Araşdırma aparılıb və sahibkar İlqar Məmmədov barəsində protokol tərtib edilib. O, inzibati xətalar məcəlləsinə görə 2500 manat miqdarında cərimə olunacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ağaclar kəsilərək məhv edildi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.