Cəmiyyət

Günün qoroskopu: olayların məcrası pis deyil

16 İyul 2017 00:01
39 Şərh     Baxış: 10 147

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısında xırda problemlər nigaranlıq yaradacaq. Çoxdan bəri həllini tələb edən məsələ yenidən gündəmdədir. Tələsik davranmayın, düşünülməmiş qərarlar verməyin. Ünsiyyətdə əsla qarşı tərəfə təzyiq göstərməyin.

Günün ikinci yarısında mübahisəli məsələlərin çözülməsini bir qədər ertələyin.

Fəaliyyət arealında qayda yaradın. Vədlərə əməl edin. Borcların bir qismini qaytarın. Şəxsi münasibətlərə yetərincə vaxt ayırın.

Axşam saatlarında planlar qəflətən dəyişə bilər.
 

Buğa - Emosional, gərgin gündür. Şəxsi planlarınızı reallaşdırmaq üçün müstəqil çalışaraq tək qala bilməyəcəksiniz. Yaxınlarınız sizdən diqqət gözləyirlər. Ailə üzvlərinin yardım istəklərinə soyuq yanaşsanız, münaqişə istisna deyil. Situasiyaya bir qədər fərqli baxın.

Günün ikinci yarısında ümidlər və gözləntilər real olmalıdır. Anlaşma uğurun yarısıdır.

Fəaliyyətin sırf maddi formatlı variantlarına üstünlük verin.

Emosional baxımdan stabil olun. "Arxa cəbhə"ni hazırlayın.

Axşam saatlarında əyləncəyə yollanın.

Əkizlər - Bilik və bacarıqlarınızı tam nümayiş etdirin. Ətrafınızdakı insanlar sizdən təşəbbüskarlıq, təşkilatçılıq bacarığının izharını və ümumi məqsədlərə çatmaq üçün pozitiv davranış gözləyirlər. Əhvalınızda kəskin dəyişikliklər ola bilər.

Günün ikinci yarısında hisslərə qapılmayın, illüziyalara aldanmayın. Baş verənlərin zahiri təzahürlərinə aldanmayın. Hirsli insan təsiri bağışlamayın. Fəaliyyət istiqamətində yeniliklər etmək olar.

Danışıqlar, müzakirələr, anlaşmalar və sövdələşmələr üçün əlverişli zamandır.

Cari vəziyyətdə effektiv olmayan əlaqələrdən imtina edin. Sürətli və dürüst qərarlar qəbul etməsəniz, vəziyyətə nəzarət imkanlarını əldən verəcəksiniz.

Xərçəng - Diqqət mərkəzində olacaqsınız. Narahatlıq və təlaşa qapılaraq fəsadları ağır ola biləcək səhvlərə yol verməyin. Emosiyalarınızın izharı üçün əlverişli vaxtdır.

Günün ikinci yarısında münasibətlərdəki problemləri aradan qaldırmaq üçün təşəbbüskar siz olun. Sözlər indi hisslərin düşmənidir. Gərgin situasiyadan çıxış yolunu daha fəal şəkildə arayın. Artıq-əskik danışan insandan uzaq durun. Dəyər verdiyiniz insanla münasibətləri inkişaf etdirin.

Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Emosiyalar sizi gərəksiz əşya almağa sürükləyə bilər.

Şir - Emosiyalarınız artacaq, hissləriniz aktivləşəcək. Öz mövqeyini absolyut həqiqət sayan insanlarla ehtiyatlı davranın. Yalnız peşəkar fəaliyyət müstəvisində mübahisələr etmək olar. Gərəkli məlumatı arayın, mürəkkəb məsələləri həll edin. İntellektual məsələnin çözümü zamanıdır.

Günün ikinci yarısında tərəfdaşlar və şəriklərin aktivliyini gərəkli istiqamətə yönəltmək olar. Maddi bazanızı möhkəmləndirin. Fiziki iş üçün əlverişli zamandır. Məqsədə mümkün qədər tez, sürətlə çatmaq üçün daha fəal olun.

Ailəniz sizə dəstək olacaq. Ümumi problemin həllinə başlayın.

Qız - Eyni vaxtda bir neçə işə başlamayın. Yalnız təcili həll tələb edən, cari məsələlərlə məşğul olun. Gecikmə, təxirəsalma, çalışdığınız insanların qeyri-dəqiqliyi istisna deyil.

Anlaşılmazlıq münaqişə vəziyyəti yarada bilər. Tələsməyin, qərarlarınızı götür-qoy edin.

Günün ikinci yarısında böyük, genişmiqyaslı işlərə start verməyin. Prioritetlər fərqlidir. Təfərrüatlar və detallar xüsusi əhəmiyyət kəsb edəcək.

Axşam saatlarında ətrafınızdakı insanları dinləməyi bacarın.

Tərəzi - Hadisələrə süni təkan verməyin. Spontan olayların məcrasında hərəkət etməyin. Bununla yanaşı, situasiyanı nəzarətdə saxlayın.

Yalnız öz maraqlarınızı düşünərək başqalarının mənafelərini kobud şəkildə qulaqardına vurmayın. Kollektiv fəaliyyət sayəsində daha sürətlə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında məqsəd və hədəfləri təftiş edin. Bundan sonrakı fəaliyyətinizin bəzi düzəlişlərə ehtiyacı var. Yeni məlumat, suallara cavablar peyda ola bilər.

Axşam saatlarında sakit ortamı seçin. Səhhətinizə fikir verin.

Əqrəb - Qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Qətiyyətli, iradəli və əzmkar olun. Dürüst kursla irəlilədiyinizə əmin olun. Peşəkarlığınızı nümayiş etdirin. Situasiyanı tam kontrol altında saxlayın.

İşdə rəhbərliklə danışanda laübəli ifadələr işlətməyin.

Günün ikinci yarısında situasiyaya aktiv qatılın. İradənizin ziddinə olaraq hansısa proseslə bağlı fikir bildirməyin. Başqalarının işlərinizə kobud müdaxilələrinə imkan verməyin.

Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.

Oxatan - Tələskənliyə yol verməyin, aramla çalışın. Qərarların qəbulunda müstəqil olun. Muxtariyyətdə xeyir var. Müəyyən addımları ətrafınızdakı insanlarla razılaşdırmalısınızsa, emosional amilləri mütləq nəzərə alın. Vurnuxma ən asan, ən rahat işi korlaya bilər.

Günün ikinci yarısında diskussiyalardan yaxa qurtara bilməyəcəksiniz. İşinizdən həzz almağa çalışın.

Şəxsi münasibətlərdə aktiv maraq formalaşır. Əvvəlcədən formalaşmış davranış modelinin çərçivələrindən kənara çıxmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq - Pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Ailə qayğıları və məişət işlərini ön plana çıxararaq bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş üçün münasib zamandır.

Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın.

Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.

Dolça - Daşınmaz əmlak və ərzaqla bağlı əməliyyatlar uğurlu nəticə verə bilər. Əldə etdiyiniz nailiyyətlərinizin ətrafınızdakı insanlar tərəfindən təqdirini gözləməyin. Kimsəyə fikir vermədən irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin.

Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.

Balıqlar - Rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə diqqətli yanaşın.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.
 

Milli.Az

Şərh yaz:

39 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:0141

    Gününüz ☺☺☺Gülümsəyərək☺☺☺ keçsin.Allah yardimciniz olsun Her zaman inşallah Amiin.

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 16 İyul 11:1203

      Sende bir aman ver herden bizde birinci olaq.

      Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 16 İyul 11:2841

      Cox saqol qarsiliqlidir. Hemise birincilikde.

      Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 16 İyul 00:0112

    N

    Cavab yaz
    • Anonim
      Qatar · 16 İyul 10:5601

      Naea neye geldin bura

      Cavab yaz
      • Anonim
        ❤ Nara ❤ · 16 İyul 11:1102

        Yaxşı eledim,sözün var???

        Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 16 İyul 11:5003

        10:56 likee.

        Cavab yaz
        • Anonim
          ❤ Nara ❤ · 16 İyul 12:3321

          11 50 dislike

          Cavab yaz
          • Anonim
            Əli proqnoz.№ · 16 İyul 13:1801

            Puahh.

            Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 16 İyul 00:0151

    ESRA

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 16 İyul 00:0240

    Bazarim uqurla acilsin....Amin...

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:0210

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~222~✭.✭.✭-ci BÖLÜM---Bürclər haqqında ÇOX MARAQLi

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:0420

    ♈ -QOÇ-♈Hazır cavab bir insansan. Səninlə boş-boşuna söz güləşinə girməsinlər, çünki qalib onsuz da indidən müəyyəndir.

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 16 İyul 11:2930

      Tamamile dogrudur. hemise qalibem.))))))))))))

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:0510

    ♉-BUĞA-♉Gözəlliyə düşkün olduğun bir gerçəkdir. Gözəl olan hər şeyə heyran ola bilərsən. Bu kiçik bir əşya belə ola bilər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:0710

    ♊-ƏKİZLƏR-♊Ləb demədən ləbləbiyi anlayanlardansan. Bir az sürətli düşünən bir insan olduğun üçün yavaş olan hər şey səni sıxır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:0810

    ♋-XƏRÇƏNG-♋Bu dağınıqlıqla hara çatacağını hesab edirsən, anlamıram. Qalx, bir az ətrafına bax və həyatına çəki-nizam ver artıq.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:0900

    ♌-ŞİR-♌Hər an üstün olma istəyin sənin hər şeydə müvəffəqiyyətli olmağını təmin edir. Əzmin müvəffəqiyyətin tək qaynağıdır. Hər şeyi əzib keçə biləcək gücün var.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:1010

    ♍-QIZ-♍Sənə icazə verilsə, səhərdən axşama qədər alış-veriş edə bilərsən hərhalda. Sən alış-veriş etmək üçün doğulmuş olmalısan.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:1200

    ♎-TƏRƏZİ-♎İki insanın ortasında qalmaqdan nifrət edirsən. Seçim etmək məcburiyyətində qalmaq sənin üçün çox çətindir. Yaxşı düşün, elə qərar ver.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:1300

    ♏-ƏQRƏB-♏Sən elə şeytansan ki, kimsə səni aldada bilməz. Sezdiyin heç bir şeyi nişanlamırsan. Mütləq doğru çıxır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:1500

    ♐-OXATAN-♐İnsanlar sənə necə təsir edəcəklərini bilmirlər. Xasiyyətinə öyrəşməyi lazım olan yerdə, dikinə gedirlər. Belə davam edərək itirərlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:1601

    ♑-OĞLAQ-♑Əgər biri səndən getmişsə, o sənin üçün bitmiş deməkdir. Bir daha əsla geri qəbul etməzsən. Şansını itirər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:1710

    ♒-DOLÇA-♒İdeallarına imtina etməyəcək tək insansan məncə. Bir hədəf qoydunuzsa o qətiliklə sənindir. Bunun üçün hər şeyi edərsən.

    Cavab yaz
    • Anonim
      dolca · 16 İyul 10:4810

      her wey yox.calisaram medeni wekilde heyata kecirim.her weyin altinda cox hereket durur.tew,poqnoz

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 16 İyul 11:5110

        Salam necesen?Deymez xosdur.

        Cavab yaz
        • Anonim
          dolca · 16 İyul 12:0810

          cox saq olun yaxwiyam.siz saq olun.tew.edirem.

          Cavab yaz
          • Anonim
            Əli proqnoz.№ · 16 İyul 13:1910

            Allah razi olsun.

            Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 İyul 00:1900

    ♓-BALIQ-♓Hər insan bir az problemlidir. Amma sən o qədər sevimlisən ki, nə qəza çıxarırsanız çıxarın, kimsə sənə "xeyr" demir.

    Cavab yaz
  • Anonim
    oxuyan · 16 İyul 05:5300

    Sabahin xeyir.

    Cavab yaz
  • Anonim
    Sevgi · 16 İyul 08:0900

    Sabahlarimiz xeyirli olsun

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 16 İyul 11:1300

      Seninde Sabahın xeyir olsun Sevgi canim.Allah yardımcın olsun.

      Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 16 İyul 11:5200

      Salam Sevgi necesen??

      Cavab yaz
  • Anonim
    ALYaSkA · 16 İyul 14:2240

    Deyir,ayda 1,2 defe guzguye baxib deyirsense ki,"deyesen havalaniram"demeli aglin isleyir. Aktyor sehnede aglayirsa,bu bezen tamasacida dodaqalti guluş doģurur. Mohtesemlik ondadir ki,aktyor gulsun,tamasacini aglamaq tutsun. Özumuze gulek ki,camaat bize gulmesin. Eksine etrafimizdakilari dusundurek. Vatslav Havel yazirdi ki,ozune heddinden artiq ciddi yanasan sexs sonunda gulus hedefine cevirilir. Ozune gulmeyi bacaran sexs ise hec vaxt heqiqi menada gulus hedefine cevrile bilmez! Ozumuze "tamasacilardan"evvel gulmeyi bacaraq ki,onlarin qehqehesine qerq olmayaq. Bunu basa dusdum ki,ozune gulmeyi bacarmaq cox ciddi ugurlardan biridir... Yazmaq istedim-:) Basa dusen de sag olsun,dusmeyen de)

    Cavab yaz
    • Anonim
      10-RR-123 · 16 İyul 15:5400

      :)

      Cavab yaz
    • Anonim
      Zergerli.Q · 16 İyul 17:4320

      ALYaSKA xanim anladim cox sag olun .Twk size

      Cavab yaz
      • Anonim
        ALYaSkA · 16 İyul 23:2000

        Tesekkur edirem-:)

        Cavab yaz
  • Anonim
    Esraskoma(Esra bacima) · 16 İyul 21:1830

    Esra xanim esitdim ki,emeliyyat olmusunuz.Allah sefa versin.Allah sizi qorusun.Sevdiklerinizi qorusun.Insan oz sevdiyinden ayri qalanda cox ezab cekir.Size Allah bu derdi yasatmasin.

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 16 İyul 22:4530

      Canim cox saq ol gozel sozler yazdiniz elleriniz derd gormesin ,canim 2 gun ezizlerimnen ayri qaldim sanki 20 ile beraber oldu..Allah her zaman komyun olsun.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.