Cəmiyyət

Sumqayıtdakı doğuş faciəsi ilə bağlı YENİ XƏBƏR - YENİLƏNİB - VİDEO - FOTO

14 İyul 2017 14:09
31 Şərh     Baxış: 5 515

14:09

Sumqayıt şəhərindəki 2 saylı Doğum Evində 1988-ci il təvəllüdlü Əliyeva Gülsüm Rasim qızının doğuş vaxtı vəfat etməsi ilə bağlı cinayət işi açılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, xəstəxanadan bildirilib ki, 29 yaşlı qadın qanaxma nəticəsində həyatını itirib. Fakla bağlı müvafiq ekspertizalar təyin edilib.
 
Mərhum G.Əliyeva Sumqayıtdakı Qubadlı məktəblərindən birində kimya müəllimi imiş.

------------

11:35

Sumqayıt şəhər Səhiyyə İdarəsi şəhərdəki 2 saylı Doğum Evində baş verən ana ölümü ilə bağlı məsələyə münasibət bildirib.
 
Milli.Az xəbər verir ki, idarənin müdiri Nəriman Baxşəliyev APA-ya deyib ki, Əliyeva Gülsüm Rasim qızı iyulun 11-də 2 saylı Doğum Evinə gətirilib: "Üçüncü hamiləlikdən üçüncü doğuş olub. Üç kiloqram iki yüz qram çəkisində qız uşağı doğulub. Xəstədə qanaxma başlayıb. Qanaxmanı dayandırmaq mümkün olmadığı üçün xəstə əməliyyata götürülüb, itirilmiş qan bərpa olunub, damarları tikilib. Lakin bütün tədbirlərə baxmayaraq qanın laxtalanmasının qarşısını almaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq".

------------

08:51

Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Fakt araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Doğuşdan sonra ölən ananın yaxınları xəstəxanaya hücum çəkdilər - Şüşələri sındırdılar

Şərh yaz:

31 Şərh:

  • Anonim
    O · 14 İyul 09:0650

    Avropad vä digär ölkälärdä buqädär ana ölümläri olmaz.heç buşmen tipli tayfalardada bucür olmaz.ey QÄRBLILÄR azärbaycanı mähv etmäyin.

    Cavab yaz
  • Anonim
    Lale · 14 İyul 09:0820

    Siraqa gun ordan kecirdim millet idi anladim ki olum olub Allah rehmet etsin Kimsenin basina getirmesin

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 14 İyul 09:0940

    Allah rehmet elesin. Hansisa sehvin ucbatindan bir aile bawsiz qaldi

    Cavab yaz
  • Anonim
    Seva--- · 14 İyul 09:12120

    Bu nedi gunde biri ölur doquwda sehiyye naziri heyecan tebili calmaq lazimdi noldu ele hamisinda problem varmiw bu rehmete gedenlerde .

    Cavab yaz
  • Anonim
    Nina · 14 İyul 09:2520

    Dəhşət

    Cavab yaz
  • Anonim
    ANONIM · 14 İyul 09:2720

    ALLAH REHMET ELESIN AMIN

    Cavab yaz
  • Anonim
    Aylin · 14 İyul 09:2770

    Her gun bir Ana olumu var bunun axiri hara gedir

    Cavab yaz
  • Anonim
    Gəncəli · 14 İyul 09:5030

    Bədənim ürpəndi ((( caan. Allah rəhmət eləsin. Çox yazıq ki balasını görmədi. Çox dəhşət bir şeydi (((

    Cavab yaz
  • Anonim
    Sevil ***** · 14 İyul 09:5340

    ((((((( yenə ölüm ..

    Cavab yaz
  • Anonim
    solmaz haciyeva · 14 İyul 09:5522

    məlumatı düzgün yazin. 2 nömrəli xəstəxanada doğuş şöbəsi yoxdu. 2 nömrəli doğum evində olub ölüm hadisəsi.

    Cavab yaz
  • Anonim
    Nina · 14 İyul 11:0630

    Niye bir tədbir görülmür ana olmağa hazırlasınlar pulsuz müayinə olsunlar ayda bir dəfə

    Cavab yaz
  • Anonim
    v · 14 İyul 11:5830

    Şərhləri verin

    Cavab yaz
  • Anonim
    menn · 14 İyul 12:4180

    hekimin sehvini torpaq gizleyir deyibler. Yene de gunah xestede olacaq! Allah rehmet elesin. Dehwetdi!

    Cavab yaz
  • Anonim
    Lale · 14 İyul 12:4660

    Allah rehmet elesin!Bu hekimlerin tupoylugundan cavanlarimiz duntasini deyiwir.Ne bilim e....Allah ozu bunlari insafa getiesin.Iwleye bilmirsizse iwlemeyin.....

    Cavab yaz
    • Anonim
      sena · 14 İyul 13:2110

      Ne qederki azerbaycanda balinsalar pullu olacaq bele hadiselerin ardi kesieyecek...yaziq hamile neynesin yeqin imkani olmayib yoxlatmaga ozunu hamilelik ele hessas bir weydi en ince ayrintisi bele izlenmelidi eyer qaninda laxtalanma vardise hamilelikde yoxlanmaliydi...onsuzda xesteye hekim birton iyne derman yukleyir ozude imenna deyir filan aptekden filan dermani al firma dermanlari,oda od qiymetine apteke gedirsen bir sumka iyne derman bitonda pul yaziq hamile hansi bir weye pul catdirsin yaziq xesteler...hec olmasa analizder hekim qebulu pulsuz olsun

      Cavab yaz
  • Anonim
    nazlı · 14 İyul 12:5021

    allah rəhmət eləsin o mənim yaxın qohumumdur səhiyyə hara baxır bilmirəm

    Cavab yaz
  • Anonim
    ..... · 14 İyul 13:0130

    her zaman gunahi öləndə görurlərşcunki o dirilib aciqlama verə bilməyəcək öz əməllərini ört basdir edirlərşAmma o 2 n dogum xəstəxanasi həqiqətən cox laqeyd.soyuqqanli səkildə dogusa gələnlərə munasibətləri pisdi.mən də məcburən orda usaq dunyaya gətirmisəm Sumqayitda digər xəstəxana da təmir bitmədiyi ucun yalniz 2 nom fəaliyyət göstərirdi 5 gun nə mən nə övladim normal munasibət görduk.Hər gun aglayaraq cixmaq istədiyimi bildirirdim ama 5 gun tamaminda cixartdilar.GUnah xəstəxanadadi Anani övladindan övladi da anasiz qoydular bunun cəzasini kim verəcək?

    Cavab yaz
  • Anonim
    ..... · 14 İyul 13:0420

    Şərhimi niyə vermirsiz

    Cavab yaz
  • Anonim
    Ruqiyyə · 14 İyul 14:3200

    Səhiyyə nə gündədi.bəsdida savadsız həkimləri günahsız insanların qatıli etdiniz.pula həvəsin sonu budu.ölüm.

    Cavab yaz
  • Anonim
    Ruqiyyə · 14 İyul 14:3400

    Səhiyyə nə gündədi.siz pul yığın günahsız insanlarda ölsün.

    Cavab yaz
  • Anonim
    Ruqiyyə · 14 İyul 14:3700

    Savadsız həkimlər baş alıb gedir

    Cavab yaz
  • Anonim
    nazlı · 14 İyul 14:3920

    gülsüm çox yaxşı qızıydi onu mən yaxşı taniyiram kübra xala ramil dayı sizə allah səbr versin.o üç uşaqı anasız qaldı yazıq o körpələr boyunu bükük qaldılar.ay caamat üçüncü uşaqda doğuşda uşaqın qolun çıxardıblar görün də bu sumqayit hekimləri nə ediblər bir ailəni atanı ananı gözü yaşlı qoyub balaları yetim qoydu

    Cavab yaz
  • Anonim
    . · 14 İyul 14:4300

    Bakidaki doğum evi.yoxsa sumqayitdaki?2 sayli?

    Cavab yaz
  • Anonim
    nazlı · 14 İyul 15:3900

    mənim şərhimi niyə vermirsiz

    Cavab yaz
  • Anonim
    Gunay · 14 İyul 15:4110

    Ay Allah bu nedi?Demek olar ki,her gun ewidirik bele xeberleri.Sonra deyirler milletin sayi artsin.Axi camaat neynesin,qorxurlar da.Insan bir uwagi sag salamat dunyaya getirib kifayetlenir.2cini istemir.cunki jer defe olum hallarini gorende insan onlarin yerinde ozunu tesevvir edir.Besdi de daha.bir olcu goturulsun.

    Cavab yaz
  • Anonim
    ... · 14 İyul 15:5830

    Doĝuw zamani dünyasini deyiwen Allah qatinda wehidlik zirvesine yükselir.Allah sene rehmet elesin.eziyyetnen oxudun.doyuncada iwlemedin.

    Cavab yaz
  • Anonim
    nazlı · 14 İyul 16:0110

    sumqayıtdakı doğum evi

    Cavab yaz
    • Anonim
      . · 14 İyul 18:2810

      Çox sağ olun.Allah rəhmət eləsin.İnsan söz tapa bilmir.....heyif

      Cavab yaz
  • Anonim
    ... · 14 İyul 16:2710

    Bir qrupda oxumuwuq.çox yaxwi qız idi.çox pis oldum.

    Cavab yaz
  • Anonim
    Nina · 14 İyul 16:3520

    Səhiyyə bərbad vəziyyətdə

    Cavab yaz
  • Anonim
    Nina · 14 İyul 16:3510

    Yaziq analar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.