Cəmiyyət

Goranboyda ağır qəza: 3 yaralı

13 İyul 2017 23:57
2 Şərh     Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndinin ərasizindən keçən Daşaltı-Naftalan yolunda baş verib.
Dövlət qeydiyyat nişanı "20-DU-163" olan "BMW" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan, Tapqaraqoyunlu kənd sakini, 1989-cu il təvəllüdlü İsmayılov Nadir Məmmədqulu oğlu və onun həmkəndlisi, 1990-cı il təvəllüdlü Əmirov Səxavət Muşfiq oğlu Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyətləri orta-ağırdır. 1989-cu il təvəllüdlü üçüncü yaralı Mehracov İsmayıl Altay oğlunun vəziyyəti ağır olduğundan o Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.