Cəmiyyət

Bakıda doğuş faciəsi - CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

14 İyul 2017 11:11
13 Şərh     Baxış: 10 446

11:11

Bakıda 33 yaşlı qadının doğuş vaxtı ölməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Yusif Səfərov küçəsi 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Bəkirova Kəmalə Kazım qızının doğuşdan bir neçə saat sonra vəfat etməsi hadisəsi ilə bağlı Cinayət Məcəllsəinin 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
 
Bu arada o da məlum olub ki, K.Bəkirova ilə birgə dünyaya gətirdiyi oğlunun vəfat etməsi ilə bağlı məlumat yanlışdır. Belə ki, Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə ana və övladının doğuş vaxtı ölməsi barədə məlumat daxil olub. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb və körpənin sağ olduğu, həyatına təhlükə qalmadığı üzə çıxıb.
 
Bildirilir ki, 33 yaşlı K.Bəkirova Şamaxı rayonunda yaşayıb və 2 övlad anasıdır. Üçüncü hamiləliyi çox ağır keçdiyindən Şamaxı rayon Xəstəxanası onu daha ixtisaslaşmış tibb müəssisəsi olan Perinatal Mərkəzə yönləndirib. İyulun 11-də gecə saatlarında qadın Bakıda 3-cü övladını dünyaya gətirib. Bir neçə saat sonra isə doğuşun fəsadları nəticəsində o vəfat edib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

--------------------

13.07.2017

23:05

Azərbaycanda daha bir doğuş faciəsi baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsi 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cüil təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuş vaxtı vəfat edib. 33 yaşlı qadınla birgə bətnindəki körpəsi də ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Memmed · 14 İyul 00:0032

    Uşağ doğmağa qürjüsrana qedin

    Cavab yaz
  • Anonim
    Leyla · 14 İyul 00:5660

    Buda təzə dəb alıb.doğuşda öldürmək.

    Cavab yaz
  • Anonim
    Nina · 14 İyul 06:4340

    Yaziq şamaxıda bakiya gəlib o da bele

    Cavab yaz
  • Anonim
    Nina · 14 İyul 06:4450

    Niye bir ölçü götürülmür

    Cavab yaz
  • Anonim
    Nina · 14 İyul 06:4680

    Ana ölümü baş alib gedir ölkəni dəhşət

    Cavab yaz
  • Anonim
    Nina · 14 İyul 08:0530

    Dehşet

    Cavab yaz
  • Anonim
    Nina · 14 İyul 08:0680

    Bəsdirin de qirdiz analari

    Cavab yaz
  • Anonim
    tarixci · 14 İyul 08:1350

    Evveller dunyaya 5 ovlad getirmek isteyirdim..veten ucun gozel,agilli,terbiyeli ve xeyirli ovladlar yetisdirmek isteyrirdim...amma bu ana olumlerinin sayini gordukce 2 ve ya da 3 ovladla kifayetlenmek qerarina gelmisem..axi diger balalarim sonra yetim qala biler..Allah her kesi qorusun..bu qerara gelmeyime sebeb olanlara da ehsen..bacardiniz..doktorlar..Ana olumune son..!

    Cavab yaz
  • Anonim
    Ayka · 14 İyul 11:3050

    ciblerine pul girsin deye lazim oldu olmadi salilar kesireye uasagi gotururler anada iceriye qan axmadan dunyasini deyisir sora deyiller prablemli hamileliydi bize gelende piz veziyyetdeydi yerinden duran hekimem deyir yaxsi hekiler var olsun dogusda olume son lazimsiz keseriyye son

    Cavab yaz
  • Anonim
    Hayat · 14 İyul 11:5430

    Ana olmaqa qorxira indi daha

    Cavab yaz
  • Anonim
    vətəndaş · 14 İyul 12:0021

    Bu ölümlərdə erməni izi axtarın. Mütləq tapacaqsınız

    Cavab yaz
  • Anonim
    gulnara · 14 İyul 20:0810

    EVVELLER 3-12 USAQ DОQAN ANALAR VAR IDI ОLUM HADISELERI ОLMURDU ,INSAN HANSI HEKIME EТIBAR EТSIN,ALLAH HAMININ BALASINI QОRUSUN

    Cavab yaz
  • Anonim
    elsen · 15 İyul 09:5610

    Nece defelerle bele olub, nece defelerle cinayet isi acilib, amma hec kimi cezalandirmayiblar. Cox guman ki, yene bele olacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.